Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-348/2023 05.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1968-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Qazax rayonu Kəmərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 09:30-da Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi parkın qarşısında ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bundan başqa materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 05 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 09:30 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi parkın qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Qazax rayonu Kəmərli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və nəlayiq ifadə işlətməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax Rayon Polis Şöbəsinin PPX-nin tağım komandiri vəzifəsində işləyir. 05 sentyabr 2023-cü il tarixdə saat 09:30 radələrində Qazax RPŞ-nin PPXB-nün tağım komandiri Zərərçəkmiş şəxs2la birlikdə ərazidə olan xidməti yoxlamağa gedən zaman Qazax şəhəri Heydər Əliyev prospektində “Mərkəzi Park”ın qarşısında bir nəfər, adı onlara sonradan məlum olan Qazax rayon Kəmərli kənd sakini Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimi qaydanı pozduğunu görüb Zərərçəkmiş şəxs2la birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib, Şəxs nizam-intizamlı olmasını, nəlayiq ifadə işlətməməsini bildirmişlər. Lakin Şəxs onların sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş və onlarında ünvanına nəlayiq ifadələr işlətmişdir. Bu zaman Məzahiri Qazax RPŞ-nə dəvət etmişlər, Məzahir isə polis şöbəsinə getməkdən imtina edərək onlara qarşı əl-qol hərəkəti etmiş və tabesizlik göstərmişdir. Bu zaman Şəxs məcburi qaydada Qazax Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında digər Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduğunu və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 09:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 3(023)-283/2023 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 3(023)-319/2023 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF 1 saylı X1 verdiyi 05 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən hal-hazırda heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Ona görə də, məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməməsini əsaslı hesab etmir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 09:30-da Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi parkın qarşısında ucadan ünvansız söyüclər söyərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Eyni inzibati xətanı il ərzində təkrar törətməsi isə məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran hal kimi eyni inzibati xətanı il ərzində təkrar törətməsini nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən, saat 09:40-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-348/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-348/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver