Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-35/2024 22.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında X1 barəsində qəbul etdiyi 21 yanvar 2024-cü il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından barəsində inzibati icraat aparılan şəxs X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 yanvar 2024-cü il tarixli inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında barəsində qəbul etdiyi 21 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X2 şikayətini əvvəlki məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, 19 yanvar 2024-cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, R.Quliyev küçəsində 35BK162 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərkən DYP əməkdaşı ona yaxınlaşaraq avtomobili sərxoş şəkildə idarə etdiyini bildirmişdir. Bu zaman o, avtomobili idarə etmədiyini, avtomobildə sadəcə əyləşdiyini, avtomobili idarə etmək üçün ayıq sürücü çağırıdğını, ayıq sürücü gələnə qədər hava soyuq olduğu üçün avtomobildə oturduğunu bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı qərəzli yanaşaraq barəsində protokol tərtib edəcəyini bildirmişdir. O həmin protokoldan şikayət edəcəyini, avtomobili idarə etmədiyini, sadəcə avtomobildə əyləşməsini və Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddənin tələblərini pozmadığını polis əməkdaşına bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı onu tibbi müayinəyə dəvət etmiş, bu zaman o tibbi müayinədən keçməkdən yayınmağın inzibati məsuliyyət olduğunu bildiyindən polis əməkdaşı ilə birlikdə müayinədən keçmiş və sərxoş olduğu müəyyən edilmişdir. O polis əməkdaşına izah edə bilməmişdir ki, qanunvericilik və konstitusiyaya əsasən içki içmək məsuliyyət yaratmır. İçkili şəkildə avotomobil idarə etmək məsuliyyət yaradır. Lakin avtomobili idarə etməmişdir. Daha sonra o yaşadığı ünvana getmiş və 21 yanvar 2024-cü il tarixli protokol tərtib edilmişdir ki, guyaki o xx.xx.2024-cü il tarixdə R.Quliyev küçəsində olmuş və sərxoş şəkildə avtomobil idarə etmişdir. O, avtomobil idarə etməmiş, eyni zamanda hadisə 19 yanvar 2024-cü il tarixdə baş versədə tərtib edilmiş protokolda hadisənin 21 yanvar 2024-cü il tarixdə 00:25-də baş verməsi qeyd edilmişdir. Bu halları nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında barəsində qəbul etdiyi 21 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Baş X4 İdarəsinin nümyəndəsi məhkəmə iclasına gəlməmiş, nə də gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. X3 barəsində olan qərarın, həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin və video (kamera) görüntülərinin məhkəməyə təqdim edilməsi BDYPİ-dən xahiş edilmiş, lakin həmin sənətlər və subutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə işə BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti tədqiq edib hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında barəsində qəbul etdiyi 21 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə geri göndərilməlidir. Belə ki, şikayət vermiş şəxs əvvəlki məhkəmə iclasında verdiyi izahatında və şikayətində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə içkili olmuş, lakin sərxoş halda avtomobil idarə etməmiş, yalnız avtomobildə əyləşmiş, hava soyuq olduğu üçün avtomobilə əyləşərək ayıq sürücü gözləmiş və sərxoş halda avtomobil idarə etmək niyyəti olmamışdır. Həmçinin hadisə 19 yanvar 2024-cü il tarixdə baş versədə tərtib edilmiş protokolda hadisənin 21 yanvar 2024-cü il tarixdə 00:25-də baş verməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən X2 tərəfindən törədilməsi iddia edilən həmin inzibati xəta hadisəsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından iş üzrə sübutların məhkəmə tərəfindən tədqiq edilməsi, şikayət vermiş şəxsin göstərdiyi xüsusatların iş materialları ilə əlaqəli surətdə araşdırılması, X3in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq qeyd edir ki, Sənan Əliyevin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsaəsn inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd olunları əsas götürərək hesab edir ki, X1 şikayəti təmin edilməli, səlahiyyətli orqan tərəfindən X2 tərəfindən törədilməsi iddia edilən həmin inzibati xəta hadisəsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, iş üzrə sübutların məhkəmə tərəfindən tədqiq edilməsi, şikayət vermiş şəxsin göstərdiyi xüsusatların iş materialları ilə əlaqəli surətdə araşdırılması, X3in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədibtörətməməsini müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında X1 barəsində qəbul etdiyi 21 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə geri göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında X1 barəsində qəbul etdiyi 21 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə geri göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-35/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-35/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver