Məhkəmə qərarları › İş №3(023)-351/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-351/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-351/2025 14.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ26584027 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26584027 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə barəsində Bakı-Ələt-Qazax-Gürcüstan yolunun (M2) 474-cü km-də Qazax şəhəri istiqamətində hərəkətdə olarkən İXM-in 328.2-ci maddəsini pozmağına görə EQ26584027 nömrəli protokol və həmin tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. O, bu qərarla razılaşmamış və xx.xx.2025-ci ildə elektron vasitə ilə inzibati qaydada şikayət edərək razılaşmadığını, yolun sürət həddinin 90 km/saat olduğunu, 60km/saat olduğuna dair hər hansı bir yol nişanının olmadığını və buna görə də 88km/saat sürətlə hərəkət edərkən hər hansı bir yol hərəkət qaydasını pozmadığını bildirmiş və xahiş etmişdim ki, qərarı ləğv edilsin. xx.xx.2025-ci il tarixdə şikayətinin daxil olduğuna dair SMS məlumat göndərilmişdir. Şikayətinə əsasən xx.xx.2025-ci il tarixdə emailinə göndərilmiş, xx.xx.2025ci il tarixli, 3-13-1612-İ-50351 nömrəli cavab məktubu ilə şikayəti təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə inzibati tənbeh vermə haqqında qərarın ləğv ediləsi xahişi ilə müraciət etmiş və Qazax rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 3(023)-288/2025 saylı qərardad qəbul edilərək müddəti ötürülmüş hesab edilərək şikayəti geri qaytarılmışdır. Həmin qərardad ona xx.xx.2025-ci il tarixdə verilsə də, azərpoçtun elektron portalında xx.xx.2025-ci il tarixdə çatdırılmış kimi görünmüşdür. Göründüyü kimi, o inzibati orqana verdiyi şikayətə gec (xx.xx.2025-ci il) cavab verildiyi və məhkəmə qərardadı ona gec təqdim edildiyi (xx.xx.2025-ci il) üçün şikayəti 20 gün müddətində məhkəməyə verə bilməmişdir. Odur ki o, buraxılmış müddətin bərpa edilərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Məhkəmə iclasında X4 çıxışında bildirmişdir ki, ərizəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli, EQ 26584027 nömrəli inzibati tənbeh vermə haqqında qərar barədə onun məlumatı olmuş və xx.xx.2025-ci ildə elektron vasitə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edərək razılaşmadığını, yolun sürət həddinin 90 km/saat olduğunu, 60km/saat olduğuna dair hər hansı bir yol nişanının olmadığını və buna görə də 88km/saat sürətlə hərəkət edərkən hər hansı bir yol hərəkət qaydasını pozmadığını bildirmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Odur ki, buraxılmış prosesual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Aparılmış araşdırma zamanı qeyd olunan əraziyə, xüsusi texniki vasitənin qeydə aldığı video görüntülərə baxış keçirilmiş, tərəfindən inzibati xətaya yol verilməsi halı təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26584027 nömrəli qərardan şikayət verən şəxsə rəsmi qaydada verilsədə Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamaldıır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26584027 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar