Məhkəmə qərarları › İş №3(023)-352/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-352/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-352/2023 12.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 12 sentyabr 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 12 sentyabr 2023-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 19:30-da Qazax rayonu Qarapapaq kəndində ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, Qazax rayonu Qarapapaq kəndində yaşayır. 11 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Qazax rayon Qarapapaq kəndində yerləşən evdə olan zaman valideynlərindən Bakı şəhərinə getmək üçün pul istəyən zaman ona pul verməmişlər ona görədə aralarında mübahisə baş vermişdir. Atası, hadisə barədə Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Qazax RPŞ-dən 2 nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları gələn zaman o, anası ilə mübahisə edirmiş. Polis əməkdaşları özlərini təqdim edərək onu nizam intazama dəvət edərək sakit olmasını və nəlayiq ifadə işlətməməsini bildirmişlər. Lakin o əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Bu zaman polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər. O isə əsəbi olduğu üçün ucadan nalayiq ifadələr işlədərək RPŞ-nə getməyəcəyini bildirmişdir. Polislər onu sakitləşdirməyə çalışsalarda o, öz qanunsuz əməllərini davam etdirərək, onların qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda Polis əməkdaşları onu məcburi qaydada Qazax RPŞ-nə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Qazax rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. 11 sentyabr 2023-cü il tarixdə Qazax rayon Qarapapaq kəndə sakini Şahid1 Qazax RPŞ-nə ərizə ilə müraciət edərək, oğlu Şəxs mütəmadi olaraq yaşadıqları evdə o və ailə üzvləri ilə əsasız olaraq mübahisə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30 rədalərində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 ilə birlikdə Şəxs ünvana getmişlər. Həmin vaxt Şəxs yaşadığı evin həyətində anası ilə mübahisə edərək nəlayiq ifadələr işlədirmiş. Onlar Şəxs yaxınlaşıb özlərini təqdim etdikdən nizam intiamlı olmasını və nəlayiq ifadə işlətməməsini bildirmişlər. Şəxs isə öz hərəkətlərini davam eydirmişdir. Bu zaman X6 RPŞnə dəvət etmişlər. Lakin Şəxs polis şöbəsinə getməkdən imtina edərək tabesizlik göstərmişdir. Belə olan halda onlar Şəxs məcburi qaydada Qazax RPŞ-nə aparmışlar və RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs barəsində Qazax RPŞ-nin TB-də oğurluq faktı ilə bağlı material, İB-də isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, Qazax rayon Qarapapaq kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs onun oğludur. Şəxs narkotika alüdəçisidir. Mütəmadi olaraq yaşadıqları evdə ondan və arvadından pul istəyir. Pul vermədikdə isə mütəmadi olaraq mübahisə yaradır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olan zaman oğlu Şəxs onlardan pul istəmiş, onlar isə pul olmadığını bildirmişdir. Bu səbəbdən Şəxs yenə evdə mübahisə yaratmışdır. Ona görə də, Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin gün Qazax RPŞ-dən iki nəfər polis əməkdaşı onların yaşadığı evə gəlmişdir. Polis əməkdaşları onların evinə gələn zaman evin həyatyanı sahəsində həyat yoldaşı ilə oğlu mübahisə edirmiş. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra oğlu Şəxs RPŞ-nə dəvət etmişlər. Oğlu isə əsəbi olduğu üçün ucadan nalayiq ifadələr işlədərək RPŞ-nə getməyəcəyini bildirmişdir. Polis əməkdaşları oğlunu sakitləşdirməyə çalışsalarda oğlu öz qanunsuz əməllərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görədə polis əməkdaşları oğlu Şəxs məcburi qaydada Qazax RPŞ-nə apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, , Şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 19:30-da Qazax rayonu Qarapapaq kəndində ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar