Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-356/2024 09.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, xx.xx.1968-ci ildə Türkiyə Cümhuriyyəti, Rize şəhəri, Derepazarı rayonunda anadan olan, Türkiyə Cümhuriyyətinin vətəndaşı, evli, Türkiyə, Rize şəhəri, Derepazarı rayonu, Maltepe kəndi, ev 184 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 20 avqust 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda, Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına “Mercedes-Benz” markalı, 34GZ3909/34FL9051 dövlət nömrə nişanlı yük nəqliyyəat vasitəsi ilə gələn Türkiyə Cümhuriyyəti vətəndaşı Şəxs ilə gömrük nəzarətindən keçdikdən sonra şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi yük maşınında gizlədilmiş, mütləq bəyan olunası hər-hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmişdir. Bundan sonra sürücünü idarə etdiyi nəqliyyat vasitəsinin rentgen qurğusundan keçirilməsi üçün həmin əraziyə sürməsi bildirilmiş və rentgen qurğusunda baxış zamanı sübhəli cizgilər görsəndiyi səbəbindən nəqliyyət vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Keçirilmiş gömrük yoxlaması zamanı “Mercedes-Benz” markalı, 34GZ3909/34FL9051 dövlət nömrə nişanlı yük vasitəsinin yük yerindən düzgün bəyan edilməyən üzərində “Erikli təbii bulaq suyu 330 ML” yazısı olan 8 rulon və üzərində “Bişirmə tövsiyyəsi” yazılan 20 rulon etiketlər aşkar olunmuşdur. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 30 iyun 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Keçirilmiş gömrük yoxlaması zamanı “Mercedes-Benz” markalı, 34GZ3909/34FL9051 dövlət nömrə nişanlı yük vasitəsinin yük yerindən düzgün bəyan edilməyən üzərində “Erikli təbii bulaq suyu 330 ML” yazısı olan 8 rulon və üzərində “Bişirmə tövsiyyəsi” yazılan 20 rulon etiketlər aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/5474/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, üzərində “Erikli təbii bulaq suyu 330ML” yazısı olan və üzərində “Bişirmə tövsiyəsi” yazıları olan ticarət üçün etiketlər satış üçün nəzərdə tutulmadığından onlar üzrə qiymətləndirmə parmaq mümkün olmamış, ona görə də, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “Mercedes-Benz” markalı, 34GZ3909/34FL9051 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “Mercedes-Benz” markalı, 34GZ3909/34FL9051 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, “Erikli təbii bulaq suyu 330 ML” yazısı olan 8 rulon və üzərində “Bişirmə tövsiyyəsi” yazılan 20 rulon etiketlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, “Erikli təbii bulaq suyu 330 ML” yazısı olan 8 rulon və üzərində “Bişirmə tövsiyyəsi” yazılan 20 rulon etiketlər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-356/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-356/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver