Məhkəmə qərarları › İş №3(023)-358/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-358/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-358/2025 19.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin оğlunun sədrliyi, məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Qazax rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, ünvan 1i ünvanında yerləşən "İstanbul” restoranının müdiri vəzifəsində işləyən Şəxs tərəfindən «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST»-ün 1.2, 2.1.5 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü, 6-cı bəndlərinin tələbləri pozulmaqla restoranın ərazisində quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməmiş, texniki vəziyyəti mövcud standartın tələblərinə uyğun olmayan, yəni hərəkətli hissələrinin (barabanının) üzəri qoruyucu vasitələrlə təchiz olunmamış xəngəl xəmiri hazırlayan aparatın istifadəsinə yol verildiyinə görə 25 oktyabr 2024-cü il tarixdə həmin restoranda aşbaz köməkçisi işləməklə əməyin mühafizəsi üzrə təlimatlandırılmamış, bilikləri yoxlanılmamış X1 az ağır zərər vurmaya aid xəsarət almış bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasınında iştirak edən Qazax rayon prokurorurunun köməkçisi Nümayəndə çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirdi. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın onun tərəfindən törədildiyini etiraf etməyərək bildirdi ki, 2021-ci il tarixdən ********** nömrəli VÖEN əsasında ünvan 1ində yerləşən "İstanbul” restoranı işlətmiş, X3 14 oktyabr 2024-cü il tarixdə restorana təmizlikçi olaraq işə götürmüş, sonuncu 25 oktyabr 2024-cü il tarixədək həmin restoranda işləmiş, 25 oktyabr 2024-cü il tarixdə ona sonuncunun restoranda olan kustar üsulla hazırlanmış xəmir hazırlayan qurğunu istifadə edən zaman barmağını zədələdiyi barədə məlumat verilmişdir. Bundan əlavə Ülviyyə Əliyevaya və digər işçilərə xəmir hazırlayan qurğuya toxunmamağı tapşırmış, Ülviyyə Əliyeva onun sözlərinə məhəl qoymayaraq öz iradəsinə əsasən xəmir hazırlayan qurğuya toxunmuşdur. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə zərərçəkmiş şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin Qazax rayon şöbəsinin 7 fevral 2025-ci il tarixli, 35 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vət X2 məhkəmə tibbi ekspertizası zamanı sağ əlin, 4-5-ci barmaqlarının hərəkət məhdudluğu və sağ dirsək sinirinin posttravmatik nevropatiyası ilə müşayət olunan travması müəyyən edilmiş, qeyd olunan xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi halı istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3 aprel 2025-ci il tarixli, 10/2056 nömrəli məhkəmə mühəndis- texniki ekspertizasının rəyindən görünür ki, hadisənin texniki səbəbi ünvan 1ində yerləşən "İstanbul” adlı restoranda istifadə olunan xəngəl xəmiri hazırlayan aparatın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (barabanının) üzərinin qoruyucu vasitələrlə təchiz olunmaması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST»-ün 1.2, 2.1.5 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü, 6-cı bəndlərinin tələbləri pozulmuşdur. Əməyin mühafizəsi üzrə təlimatlandırılmamış, bilikləri yoxlanılmamış X4 restoranda işlərin görülməsinə cəlb edildiyinə, restoranın ərazisində quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməmiş, texniki vəziyyəti mövcud standartın tələblərinə uyğun olmayan, yəni hərəkətli hissələrinin (barabanının) üzəri qoruyucu vasitələrlə təchiz olunmamış xəngəl xəmiri hazırlayan aparatın istifadəsinə yol verildiyinə görə, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST»-ün 1.2, 2.1.5 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü, 6-cı bəndlərinin tələbləri restoranda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməli olan şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin xəngəl xəmiri hazırlayan aparatın texniki vəziyyətinin mövcud qaydaların tələblərinə uyğun olmaması nəticəsində baş verməsini nəzərə aldıqda X4 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar