Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-36/2024 26.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Qazax Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 Zərərçəkmiş şəxs və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu Qaz idarəsində sürücü vəzifəsində işləyən, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Qazax Rayon Prokurorunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Qazax rayonu Yuxarı salahlı kənd sakini Şəxs 23 dekabr 2023-cü il tarixdə günorta saat 12 radələrində sürücülük hüququ olmaqla etibarnamə əasasında idarə etdiyi VAZ 2106 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax şəhəri, Azadlıq küçəsi ilə Hərbi şəhərcik istiqamətində hərəkətdə olan zaman Qazax şəhəri, Ə.Süleymanov küçəsi ilə Bakı küçəsi istiqamətində hərəkətdə olan X1 hüququ olmaqla idarə etdiyi özünə məxsus FORD TRANSİT minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq Azadlıq küçəsinin Ə.Süleymanov küçəsi ilə kəsişməsində olan 2.4 yol nişanının, yəni “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində qeyd olunan yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan yol nişanına riayət etməli olduğu halda həmin tələbə riayət etməyərək qeyd olunan maddənin tələblərini pozaraq Vaqif Məmmədovun idarə etdiyi avtomobillə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində V.Məmmədovun idarə etdiyi avtomobil hadisə zamanı yolun kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulması kimi qiymətləndirilən, yüngül zərər vurmaya aid edilən sol bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan, sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı xəsarətlərini almasına səbəb olmuşdur. Məhkəmə iclasında Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara uyğun çıxış edərək barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə səhər saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı 57-CJ- 312 d.q.n-lı avtomobil ilə Qazax şəhəri Azadlıq küçəsi ilə Hərbi şəhərcik istiqamətində irəliləməyə başlamış, bir qədər məsafə qət edib Azadlıq küçəsi ilə Ə.Süleymanov küçələrinin kəsişməsinə yaxınlaşdıqda yolda quraşdırılmış yol nişanın tələbini pozaraq irəlləməyə başlamış bununla bağlı anidən digər yola çıxdığından Ə.Süleymanov küçəsi ilə Bakı küçəsi istiqamətində hərəkətdə olan Ford Transit markalı minik avtomobil qarşısına çıxmış, o, dərhal əyləci sıxsa da, avtomobilini dayandıra bilməmiş və zərbə ilə həmin avtomobilə çırpılmış, bu zaman Ford markalı avtomobil sürüşərək yolun kənarı ilə piyada hərəkətdə olan qadına dəymiş həmin qadın zərbənin təsirindən yolun kənarında olan su arxına yıxılmış, hadisədən sonra onlar Təcili Tibbi yardıma müraciət etmiş və təcili tibbi yardım gələrək onları Qazax RMX-na aparmışdır. Qazax RMX-də həmən qadının Qazax şəhər sakini Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Həmçinin izahatında hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin qismində heç kimin olmadığını avtomobili saat 50-60 km sürətlə idarə etdiyini həmin vaxt sipirtli içki qəbul etmədiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbləri yoxdur. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Qaymaqlaı kəndində qeyydiyatda olmaqla Qazax şəhəri Hərbi şəhərcikdə yaşayır. Qazax şəhər şəhəri 3 saylı bağçada dayə işləyir. xx.xx.2023-cü il tarixdə səhər saat 12 radələrində ünvan 1 ünvana gedən zaman anidən toqquşma səsi eşidərək geri dönmüş, geriyə baxan zaman iki avtomobilin toqquşduğunu görmüş, avtomobilin ona tərəf gəldiyini görüb avtomobil ona dəyməsin deyə özünü kənara atmaq istəmiş lakin Ford markalı avtomobil onun sol qoluna dəymiş və nəticədə yerə yıxılmış, daha sonra həmin avtomobilin sürücüsü onun yerdən qalxmağına kömək edərək Qazax RMX-na aparmış, xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Əlavə olaraq izahatında bildirmişdir ki, Şəxs idarə etdiyi avtomobil ona dəyməmişdir, ona dəyən Ford markalı avtomobil olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməyib, o müayinə və müalicəsinə xeyli pul xərcləmişdir. Yalnız Şəxs ona 100 manat pul vermişdir. Şəxs şikayətçi deyil, lakin dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şəxs və X2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM- nin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri olduğundan həmin qərar inzibati icraat başlanılması məsələsinə baxılması üçün Qazax rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2023-cü il tarixli 412 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazu oynağının hərərkət məhdudluğu ilə müşayiət olunan, sol bazunun yuxarı 1/3-nin bayır səhtinin qançırı, bərk-küt əşyanın təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına AE 037835 saylı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 dekabr 2023-cü il tarixli Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Qazax şəhəri Əli Süleymanov küçəsi ilə Azadlıq küçəsinin kəsişməsidir. Yol örtüyünün ümumi eni 6.80 metrdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt betondur. Yol iki tərəfli gediş-gəliş üçün nəzərdə tutulmuşdur. Hərəkət hissədə qarşıqarşıya hərəkət edən nəqliyyat vasitələrinin axınını ayırmaq üçün hərəkət hissəsini zolaqlarla bölən uzununa nişanlama xətti vardır. Ərazidə 2.4 yol nişanı (yol ver) quraşdırılmışdır. Avtomobil yolu işıqlandırılır. VAZ 2106 markalı və Ford Transit minik markalı avtomobillərə məxsus şin izləri və tormozlama izləri aşkar edilməmişdir. Hadisənin baş verdiyi yerdə görnüş dairəsi qeyri məhduddur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Prokurorunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs brəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı, yol nəqliyyat hadisəsinin sxemi, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, həmçinin, məhkəmə iclasında tədqiq edilmiş digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, iş üzrə məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-36/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-36/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver