Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-362/2023 20.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlu, Azərbaycan Respublikası Bakı Şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibаti mаteriаlın baxılmağa hazırlanması zamanı baxaraq müəyyən etdim: Bakı Şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 11 aprel 2023-cü il tarixdə, saat 15:39 radələrində «MERCEDES BENZ 300 MİNİK» markalı, 10XT033 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə onun cərimə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, EQ 13919019 saylı qərar qəbul edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə dəbbə pulu əlavə olunmuşdur. Ona görədə Şəxs barəsində 19 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş, Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı Şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində toplanmış inzibati material natamam olduğundan, həmin material onu tərtib etmiş orqana, yəni Bakı Şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində Bakı Şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında material məhkəmə tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, səlahiyyətli orqan, yəni Bakı Şəhər Səbail Rayon Polis İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzbati xəta haqqında protokolu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin WEB portalından çıxarışı məhkəməyə göndərməklə kifayətlənmişdir. Lakin Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13919019 saylı inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13919019 saylı inzibati tənbeh vermə haqqında qərar ona göndərilməmişdir. Belə ki, səlahiyyətli orqan, yəni Bakı Şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən tərəfindən iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsi məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, həmin poçt xəbərnaməsinə barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən imza edilməmişdir. Poçt xəbərnaməsinin imza edilmə hissəsi boş buraxılmışdır. Belə olan halda müəyyən olunur ki, Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona göndərilməmiş, bu barədə ona məlumat verilməmiş və yalnız formal olaraq poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material natamam olduğundan, yəni Şəxs cərimə edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilmədiyindən, həmin qərarın barəsində inzibati icraat aparılan şəxs Şəxs göndərilməsi ilə ilə bağlı mötəbər sübut iş materiallarına əlavə edilmədiyindən, buna görə də işə baxıb tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-362/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-362/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver