Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-364/2023 25.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Türkiyə Respublikası Amasya şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, Türkiyə Respublikası, Amasiya şəhəri, Qazi Mahbub mahallesi Şərbətçi küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 29 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda, Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Volvo FH 16 4x2” markalı, 05BG271/34BN0352 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gələn Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi yük maşınında gözlədilmiş, hər hansı predmetin olub –olmaması barədə sual verilmiş, o isə öz növəsində gömrük nəzarətindən gizlədilmiş heç bir predmet olmadığı bildirmişdir. Keçirilmiş gömrük yoxlaması zamanı “Volvo FH 16 4x2” markalı, 05BG271/34BN0352 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində olan sandıqcanın içərisində üzəri müxtəlif əşyalarla örtülmüş, ortadan kəsilmiş su qabının içərisindən gizlədilmiş şəkildə 8 (səkkiz) bağlama aşkar olunmuşdur. Həmin bağlamalara baxış zamanı bağlamaların içərisində 83 (səksən üç) ədəd üzük, 27 (iyirmi yeddi) ədəd klon, 133 (yüz otuz üç) ədəd boyunbağı (sep)-klon, 16 (on altı) ədəd təsbeh, 57 (əlli yeddi) ədəd qolbaq, 62(altmış iki) ədəd qoyunbağı, qablaşdırma ilə birlikdə üçumi çəkisi 5120 (beş min yüz iyirmi) qram olan gümüşə bənzər zinyət əşyaları aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz İdarəsindən 22 iyun 2023cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əmələ görə peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli “malların yoxlanılması haqqında” protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi Volvo FH 16 4x2” markalı, 05BG271/34BN0352 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində olan sandıqcanın içərisində üzəri müxtəlif əşyalarla örtülmüş, ortadan kəsilmiş su qabının içərisindən gizlədilmiş şəkildə 8 (səkkiz) bağlama aşkar olunmuşdur. Həmin bağlamalara baxış zamanı bağlamaların içərisində 83 (səksən üç) ədəd üzük, 27 (iyirmi yeddi) ədəd klon, 133 (yüz otuz üç) ədəd boyunbağı (sep)-klon, 16 (on altı) ədəd təsbeh, 57 (əlli yeddi) ədəd qolbaq, 62(altmış iki) ədəd qoyunbağı, qablaşdırma ilə birlikdə üçumi çəkisi 5120 (beş min yüz iyirmi) qram olan gümüşə bənzər zinyət əşyaları aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4712-9/6838 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş məmulatların, modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 20114,00 manat müəyyən edilir. 925 damğası olan 83 ədəd üzük 4633 manat, 925 damğası olan kulon 27 ədəd 840 manat, 925 damğası olan 57 ədəd qolbaq 4287 manat, 925 damğası olan 16 ədəd təsbeh 1428 manat, 925 damğası olan 62 ədəd boyunbağı 7105 manat, 925 damğası olan 130 ədəd kulonlu boyunbağı 1821 manat, cəmi 20114,00 manat. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi Volvo FH 16 4x2” markalı, 05BG271/34BN0352 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, Volvo FH 16 4x2” markalı, 05BG271/34BN0352 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 20114,00 manat təşkil edən, 83 (səksən üç) ədəd üzük, 27 (iyirmi yeddi) ədəd klon, 133 (yüz otuz üç) ədəd boyunbağı (sep)-klon, 16 (on altı) ədəd təsbeh, 57 (əlli yeddi) ədəd qolbaq, 62(altmış iki) ədəd qoyunbağı müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 20114,00 manat təşkil edən, 83 (səksən üç) ədəd üzük, 27 (iyirmi yeddi) ədəd klon, 133 (yüz otuz üç) ədəd boyunbağı (sep)-klon, 16 (on altı) ədəd təsbeh, 57 (əlli yeddi) ədəd qolbaq, 62(altmış iki) ədəd qoyunbağı müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-364/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-364/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver