Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-37/2024 05.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, X4 Həsənova, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X2 iştirakları ilə xx xxxx 1976-cı ildə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 05 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X3 Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(015)-590/2022 saylı icra sənədi üzrə yaranmış 1080 manat aliment borcunu tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 05 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(015)-590/2022 saylı icra sənədi 19 iyul 2022-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(015)-590/2022 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq Elcan və Məhəmmədəli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 260 manat aliment pulu alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin Şəxs tələbkara olan borcunu tam şəkildə ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərk borcunu ödəmir. Hazırda Şəxs tələbkar Zərərçəkmiş şəxs 1080 manat aliment borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) X5 izahat verərək bildirmişdir ki, Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uşaqlar mütamadi olaraq onun yanında qalır. Ağstafa Rayon Məhkəməsinin qətnaməsi üzrə yaranmış borclarını inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı çatmır. Ona vaxt veriləcəyi halda 300 manat ödəniş edə bilər. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayır. “BazarStore” mağazasında satıcı işləyir. Ayda 300 manat əmək haqqı alır. Uşaqların maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Borclu Şəxs ona 1080 manat aliment borcu var. Şəxs borcunu ödəmir, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Borcun hissə-hissə ödənilməsinə razı deyil, tam şəkildə ödənilməsini tələb edir. Borcun tam şəkildə ödənilmədiyi halda Şəxs həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağstafa Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(015)-590/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 28 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü Həsənov Məhəmmədəli Etibar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(015)-590/2022 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən tələbin dərhal icra edilməsi haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs tələbin dərhal icra edilməsi üçün bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, tələbkarın izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağstafa Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(015)-590/2022 saylı icra sənədlərinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 fevral 2024-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-37/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-37/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver