Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-372/2023 13.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Borclu Şəxs, X1 və İnzibati protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 iştirakları ilə xx xxxxx 1968-ci ildə Qazax rayonu Ürkməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmir, Qazax rayonu Ürkməzli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında toplanmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 20 sentyabr 2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-27/2023 saylı icra sənədini icra etməmiş, icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X17 izahat bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)- 27/2023 saylı icra vərəqəsi 25 aprel 2023-cü il tarixdə icra məmuru Cavid İmranlının icraatına daxil olmuşdur. Lakin Şəxs könüllü müddət ərzində icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdr. Dəfələrlə xəbərdarlıq və bildiriş göndərilmişdir. Həmçinin Qazax Rayon İcra və probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin yenədə icra sənədini icra etməmişdir. Hazırda borclu Şəxs icra sənədini tam olaraq icra etmişdir. X2 borclu Şəxs şikayətçi olmadığından inzibati iş üzrə icraata xitam verilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında dindirilmiş borclu Şəxs izahat verərək bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-27/2023 saylı icra sənədini maddi imkanı zəif olduğu üçün, xəstə olduğu üçün icra edə bilməmişdir. Hazırda icra sənədini tam olaraq icra etmişdir. X3 şikayəti və tələbi yoxdur. Ona görədə barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X2 izahat verərək bildirmişdir ki, borclu Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-27/2023 saylı icra sənədini tam olaraq icra etmişdir. Şəxs şikayətçi deyil. Ona görədə borclu Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-27/2023 saylı icra vərəqəsinə əsasən X8, X6, X5 Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 09 nömrəli qərarı ilə JN-182A KOD 50107029 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərində olan Qazax rayonu Ürkməzli kəndində 0,14 ha həyətyanı torpaq sahəsinin Şəxs və X9 məxsus təsərrüfat tikilisinin eni 1.2 m, uzunluğu 6.8m Sta=4.1 kv.m olmaqla künc hissəsi və bu kəsişmə xəttindən onların torpaq sahəsinin şərq hissəsində 4.1 kv.m torpaq sahəsi Şəxs və X7 zəbtindən azad edilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-27/2023 saylı icra sənədinə 25 aprel 2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-27/2023 saylı icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsində icraat başlanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün icra məmuru tərəfindən borclu Şəxs bildiriş göndərilmiş və borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu könüllü müddət ərzində icra sənədini icra etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs icra sənədini icra etmək üçün bildiriş və xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)- 27/2023 saylı icra sənədini icra etmiş, X2 ilə razılığa gəlmiş, X13 borclu Şəxs heç bir şikayəti və tələbi yoxdur. Həmçinin tələbkar Fatma Qəsəbova borclu Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi inzibati xətan törətmiş şəxs (borclu) Şəxs tələbkar Fatma Qəsəbova ilə razılığa gəlmiş, sonuncunun hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görədə məhkəmə hesab edir ki, Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 53, 112, 114- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-372/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-372/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver