Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-375/2023 10.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Qazax RPŞ-nin YPX-nin baş inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs X6 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax RPŞ-nin PPXBnün polis nəfəri, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, X3 xx.xx.2023cü il tarixdə saat 19:00 radələrində özünə məxsus “CHERY FLAGCLOUD MİNİK” markalı, 90CD840 dövlət nömrə nişanlı avtomobillə sərxoş halda Qazax şəhəri Ə.Şıxlinski küçəsində Bayraq Meydanı istiqamətində hərəkətdə olan zaman manevr etmə qaydasını pozaraq qarşıdan gələn X4 idarə etdiyi “SAMAND SE MİNİK” markalı, 99UF791 dövlət nömrə nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxs Əfqan Rəhimova maddi ziayan vurmuşdur. Bununla bağlı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək onun barəsində İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol baxılması üçün material ilə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X3 özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, Qazax rayonu Çaylı kəndində ailəsi ilə birlikdə yaşayır. Qazax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində özünə məxsus “CHERY FLAGCLOUD MİNİK” markalı, 90CD840 dövlət nömrə nişanlı avtomobillə sərxoş halda Qazax şəhəri Ə.Şıxlinski küçəsində Bayraq Meydanı istiqamətində hərəkətdə olan zaman manevr etmə qaydasını pozaraq qarşıdan gələn X4 idarə etdiyi “SAMAND SE MİNİK” markalı, 99UF791 dövlət nömrə nişanlı avtomobilin yoluna çıxmış, həmin avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxs Əfqan Rəhimova maddi ziayn vurmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs Əfqan Rəhimova dəymiş ziyanı ödəmiş, sonuncu ilə barışmış və Əfqan Rəhimovun ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, 08 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Qazax şəhəri Ə.Şıxlinski küçəsində avtovağzal istiqamətində etibarnamə əsasında idarə etdiyi “SAMAND SE MİNİK” markalı, 99UF791 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıdan gələn “CHERY FLAGCLOUD MİNİK” markalı, 90CD840 dövlət nömrə nişanlı avtomobil manevr etmə qaydasını pozmuş, onun yoluna çıxmış və avtomobilinin sol tərəfindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin, onun avtomobilinə maddi ziyan dəymişdir. Hazırda inzibati xəta töətmiş X3 ona dəymiş ziyanı tam olaraq ödəmiş, Elşən Səttərovla barışmış və heç bir şikayəti və tələbi yoxdur. Elşən Səttərova yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Əhmədoğlulları Avtoservis”in verdiyi arayışdan görünür ki, “SAMAND” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1430 manat zərər dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”haqqında 08 oktyabr 2023-cü il tarixli, 70 saylı aktdan görünür ki, barəsində inzibati icraat aparılan şəxs X3 orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Sürücülük vəsiqəsindən” görünür ki, barəsində inzibati icraat aparılan şəxs X2 adına AE 346058 saylı sürücülük vəsiqəsi mövcüddur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X6 hadisə zamanı ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X2 törətdiyi əməli səmimi etiraf edərək peşman olması, zərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxsin ondan şikayəti olmaması iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməlidir. X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, X2 həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qazax Rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qazax Rayon Polis Şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-375/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-375/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver