Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-377/2023 12.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14 avqust 2000-ci il tarixdə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material 12 oktyabr 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib olunmuş 12 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli və 12 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:20 radələrində Qazax rayonu Daş Salahlı kəndində küçədə ucadan səs-küy edib, nəlayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 08 oktyabr 2023-cü il tarixdə dostuna məxsus “KİA RiO” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə Qazax şəhəri ərazisində hərəkətdə olarkən Qazax RPŞ-nin PPXB-nün xidməti avtomobili vurmuş və qorxub hadisə yerindən qaçmışdır. 11 oktyabr 2023-cü il tarixdə yaşadığı Qazax rayonu Daş Salahlı kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib 08 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onu Qazax RPŞ-nə dəvət etmişlər. O, polis şöbəsinə getməkdən qorxduğu üçün polislərə etiraz edərək polis şöbəsinə getməkdən imtina etmiş və qorxduğu üçün yol-nəqliyyat hadisəsini o törətmədiyini bildirmişdir. Polis əməkdaşları yenə onu polis şöbəsinə dəvət edən zaman o polis əməkdaşlarına qarşı müqavimət göstərərək polisə getməyəcəyini bildirmişdir. Bu zaman onu məcburi qaydada Qazax Rayon Polis Şöbəsinə aparmışlar. Əlavə olaraq izahatında bildirmişdir ki, həmin vaxt o, heç bir nəlayiq ifadə işlətməmiş, sadəcə qorxduğu üçün polis şöbəsinə getməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, Qazax rayon Polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 08 oktyabr 2023-cü il tarixdə Qazax RPŞ-nin PPXB-nün xidməti avtomobili olan “Fiat Doblo” markalı, **-AP-*** dövlət nömrə nişanlı avtomobillə Qazax RPŞ-nin PPXBnün polis nəfərləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə Qazax şəhəri Heydər Əliyev prospektində xidmətdə olan zaman işıqforda dayanmış vəziyyətdə bir nəfə tanımadığı şəxs avtomobillə onun idarə etdiyi xidməti avtomobili vurmuşdur. Bu zaman onlar xidməti avtomobildən düşən zaman avtomobili vuran şəxs hadisə yerindən qaçmışdır. Daha sonra həmin şəxsi şəhərdə quraşdırılmış kamera görüntüləri vasitəsi müşahidə etmişlər və həmin şəxsin Qazax rayon Daş Salahlı kənd sakinio Şəxs olduğunu bilmişlər. 11 oktyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində Şəxs Qazax RPŞ-nə gətirmək üçün Qazax rayonu Daş Salahlı kəndində getmişlər. Kəndə çatan zaman Şəxs həmin avtomobillə kənd ərazisində hərəkətdə olduğunu görrərk onu saxlamışlar. Şəxs yaxınlaşıb özlərini təqdim edib 08 oktyabr 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu ona izah etmişlər. Lakin Şəxs yol nəqliyyat hadisəsini o törətmədiyini bildirərək Qazax RPŞ-nə getməyəcəyini bildirmiş və onların qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Buna görə də, Şəxs məcburi qaydada Qazax RPŞ-nə gətirmişlər. Həmçinin izahatında bildirmişdir ki, Şəxs həmin vaxt heç bir nəlayiq ifadə işlətməmiş, yalnız onlara tabesizlik edərək müqvimət göstərmişdir. Hazırda Şəxs şikayətçidir, Həbslə bağlı cəza verilməsini məhkəmədən edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax RPŞ-nin PPXBnün əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 izahatlarında digər şahid Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 Qazax rayon Qəbul Şöbəsinin verdiyi 12 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-237776/2023 saylı arayışdan görünür ki, Şəxs oğlıu DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqında protokoldan görünür ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə, saat 17:53-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 12 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli və 12 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs oğlu xx.xx.2023-cü il tarixdə, saat 17:20 radələrində Qazax rayonu Daş Salahlı kəndində küçədə ucadan səs-küy edib, nəlayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəzərə alsaq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından, həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs və məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş polis əməkdaşlarının məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı tabesizlik göstərmişdir. Lakin ictimai qaydanı pozaraq nəlayiq ifadə işlətməmiş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməmişdir. Göründüyü kimi Məhkəmə tərəfindən iş materialları araşdırılarkən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmədə öz təsdiqini tapmamış və mötəbər sübutların məcmusu ilə sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsi faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 08 oktyabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2023-cü il tarixdə, saat 17:20 radələrində Qazax rayonu Daş Salahlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməsi, törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə mövcud sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 oktyabr 2023-cü il tarixdən, saat 17:53-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-377/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-377/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver