Məhkəmə qərarları › İş №3(023)-38/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-38/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-38/2024 09.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs X1 iştirakları ilə xx xxxxxx 1984-cü ildə Qazax rayonu Aşağı Göycəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Ağstafa Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağstafa Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Qazax rayonu Ağköynək kəndində yaşadığı evdə Ağstafa rayonu, Dağkəsəmən kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı sonuncuya qəsdən fiziki ağrı yetirməklə ona solsağ gözün alt səthində qançırlar, sol qulaqda yanıq yerləri, sol kürək və sağ baldırın sıyrıqları xəsarətlərindən ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında material baxılması üçün xx.xx.2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmiş və həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayır. Himayəsində bir nəfər az yaşlı uşağı vardır. Ağstafa rayonu, Dağkəsəmən kənd sakini Zərərçəkmiş şəxs uzun müdətdir tanıyır. Yoldaşı öldükdən sonra Zərərçəkmiş şəxslə qeyri-rəsmi münasibətdə olmuşdur. Sonradan aralarında yaranmış mübahisələrə görə ayrılmışlar. Ayrıldıqdan sonra Rövşənin onun barəsində nəlayiq ifadələr işlətməsini eşitmişdir. xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi münasibətdə olduğu Qazax rayon Ağköynək kənd sakini Şahid ilə Qazax rayonu, Ağköynək kəndində yaşadığı evdə olan zaman Rövşənə zəng edərək evə çağırmışdır. Rövşən evə gələn zaman Adili evdə görüb dalaşmışdır. Həmin vaxt Adil əynində olan paltarını çıxarmışdır ki, Rövşəni döysün. Bu zaman o, Adillə Rövşəni aralamaq üçün onların arasına girmişdir. Həmin vaxt əsəbləşərək Rövşəninin göz nahiyəsinə vurmuşdur. Həmin zaman evdə olan 6 yaşlı oğlu bu hadisəni videoaya çəkmişdir. Evdə olan dava dalaş zamanı Rövşən özü-özünü divara çırparaq xəsarət yetirmişdir. O da Rövşənin şalvarının kəmərini boğazına dolayaraq onu tutmuşdur ki, qaçmasın. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Birinci Qarabağ müharibəsi veteranıdır. Ağstafa rayonu, Dağkəsəmən kəndində yaşayır. 6 ildir ki, arvadından boşanmışdır.1 oğlu və 1 qızı vardır. Ağstafa rayonu, Dağkəsəmən kəndində tək yaşayır. Qazax rayonu, Ağköynək kənd sakini Şəxs 5 ildir ki, tanıyır. Onunla sevgi münasibətində olmuşdur. Onlar Qazax rayonunda yerləşən “Qırmızı Körpü” postunda tanış olmuşlar. Dəfələrlə Dağkəsəmən kəndində yaşadığı evdə, eyni zamanda Vüsalənin öz yaşadığı Qazax rayonu, Ağköynək kəndindəki evində onunla görüşmüşdr. Arabir aralarında mübahisələr də olmuşdur. X8 rayonu, Xınalıqlar kənd sakini Şahid ilə sevgi münasibətinə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat təqribən 21 radələrində Vüsalə ona zəng edərək yaşadığı Qazax rayonu, Ağköynək kəndinə çağırmışdır. Telefonda ona evdə bozartma bişirdiyini bildirmişdir. O da tanımadığı taksilərdən bir ilə Vüsalənin evinə getmişdir. Vüsalə ona çay süzmüş və evin giriş qapısını bağlayıb-bağlamadığımı soruşmuşdur. O də Vüsaləyə qapını bağladığını demişdir. Həmin zaman o lüt vəziyyətdə Vüsalə ilə cinsi əlaqəyə girməyə hazırlaşmışdır. Vüsalə də əynindəki paltarları çıxarmış, bu zaman anidən əvvəlcədən tanıdığı Qazax rayonu, Xınalıqlar kənd sakini Şahid otağa daxil olmuşdur. Həmin zaman Vüsalə onu yerə yıxmış və çıxardığı şalvarın kəmərini onun boynuna dolamışdır. Adil də onun ayaqlarını şərflə bağlamışdır. Bundan sonra Vüsalə onun əvvəlcədən yandırdığı siqareti kül qabından götürüb onun dodağına basmışdır. Hər ikisi onu təhqir etməyə başlamışlar. Vüsalə və Adil onu döyməyə başlamışlar. Bundan sonra həm Vüsalə, həm də Adil ona öz cinsiyyət orqanlarını öpməyə məcbur etmişlər. O da məcbur qalaraq öpmüşdür. Hər ikisi öz telefonları ilə onu videoya çəkməyə başlamışdır. Adil eyni zamanda ona ayda 300 manat pul verməsini, verməyəcəyi halda videonu yayacağını demişdir. Vüsalə və Adil bundan sonra onun oğlunu və qızını təhqir etməyə başlamışlar. Daha sonra o köynəyi qanlı vəziyyətdə Vüsalənin yaşadığı Qazax rayonu, Ağköynək kəndindəki evdən çıxmışdır. Digər paltarları Vüsalənin evində qalmışdır. Qanlı köynəyini əlinə alaraq lüt vəziyyətdə yaşadığı Ağstafa rayonu, Dağkəsəmən kəndinə qayıtmışdır. Həmin hadisə ilə bağlı bir neçə gün dərin təəssüf hissi keçirmiş, hadisənin təsiri ağlından çıxmadığı üçün xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Dağkəsəmən kəndindəki evdə talvarın altından keçən durbaya kabeli doluyaraq özünü oradan asmaq qərarına gəlmişdir. Həmin zaman ayağını tumbanın üzərinə qoyaraq boynunu əvvəlcədən talvarın altından keçən durbaya doladığı kabelə keçirmişdir. Ayağımı təzəcə götürmüşdür ki, oğlu Elməddin onu əli qucaqlayaraq kabeli boğazından çıxarmış və onu xəstəxanaya aparmışdır. Hazırda Şəxs şikayətçidir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, Birinci Qarabağ müharibəsi veteranıdır. Qazax rayonu Xanlıqlar kəndində ailəsi birlikdə yaşayır. Qazax rayonu, Ağköynək kənd sakini Şəxs ilə 7 ildir ki münasibətdədir. Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Rövşən Allaverdiyevi uzun müddətdir ki tanıyır. Rövşənin əvvəllər Vüsalə ilə münasibətdə olduğunu bilmişdir. Rövşən ona zəng edərək Vüsalənin haqqında nəlayiq ifadələr işlətmişdir. 04 oktyabr 2023-cü il tarixdə Qazax rayonu Su 15 dairəsində olan zaman Vüsalə ona zəng edərək Ağstafa rayonu, Dağkəsəmən kənd sakini Zərərçəkmiş şəxs evinə çağırdığını, buna görə də onunda evə gəlməsini bildirmişdir. O, Vüsalənin evinə getmiş, bir neçə dəqiqə sonra Rövşən Vüsalənin evinə gəlmişdir. Vüsalə ilə Rövşən evdə cinsi əlaqəyə girən zaman o həmin otağa daxil olmuş və Rövşənlə mübahisə etmişdir. Mübahisə zamanı Rövşən onu yumruqla sifət nahiyəsinə vurmuş, o da özünü müdafiə etmək üçün Rövşəni vurmuşdur. Bu zaman Vüsalə də Rövşəni vurmuşdur. Lakin o Rövşənin sifətinə siqaret basmamış, nə də Rövşəni bağlamamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X7-Təcrübi və X9 Hüquqi Şəxsin verdiyi 10 oktyabr 2023-cü il tarixli, 444 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- Sol-sağ gözün alt səthində qançırlar, sol qulaqda yanıq yerləri, sol kürək və sağ baldırın sıyrıqları küt əşyanın və siqaret kötüyünün təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla, əllə və siqaret kötüyü ilə yetirilmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bağlı Şəxs və X4 Zərərçəkmiş şəxs qarşı amansız rəftar etmələri, onu təhqir etmələri, şəxsiyyətini alçaltmaları, onun lüt halda videosunu çəkmələri, cinsiyyət orqanlarını öpdürmələri faktı şahid ifadələri, baxış protokolları və digər sübutlarla öz təsdiqini tapmadığından həmin hissədə cinayət hadisəsi olımadığı üçün CM-nin 125-ci maddəsilə cinayət təqibinə həmin hissədə CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olması müəyyən edildiyindən bu barədə rayon prokuroruna məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DVD diskdən görünür ki, Şəxs həqiqətən Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Şahid izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni barəsində inzibati icraat aparılan şəxsin etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı, şahid izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, DVD disk və işdə olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X2 xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Qazax rayonu Ağköynək kəndində yaşadığı evdə Ağstafa rayonu, Dağkəsəmən kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı sonuncuya qəsdən fiziki ağrı yetirməklə ona sol-sağ gözün alt səthində qançırlar, sol qulaqda yanıq yerləri, sol kürək və sağ baldırın sıyrıqları xəsarətlərindən ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs himayəsində bir nəfər yeddi yaşlı uşağın olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində bir nəfər yeddi yaşlı uşağın olmasını, iş üzrə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar