Məhkəmə qərarları › İş №3(023)-387/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-387/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-387/2023 26.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə xx xxxx 1981-ci ildə Şəmkir rayonu Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əmliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 22 iyul 2023-cü il tarixdə, saat 13:15 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı-Körpü” gömrük postundan keçən zaman ümumi dəyəri 910 (doqquz yüz on) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 130 (bir yüz otuz) qutu “PARLİAMENT Super Slims” markalı siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi 07 oktyabr 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin böyük əməliyyat müvəkkili gömrük xidməti leytenantı X1 Əməliyyat və Təhqiqat şöbəsinə Kinoloji mərkəzin “itçilik klubu” tərəfindən təhkim olunmuş X2 tərtib etdiyi malların yoxlanılması haqqında protokoldan müəyyən edilir ki, 22 iyul 2023-cü il tarixdə, saat 13:15 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn Şəxs idarə etdiyi “SCANİA ” markalı 77JB061/99ZJ691 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş yoxlama zamanı həmin avtomobilin qoşqusunun sağ yan dolabında yemək qoymaq üçün nəzərdə tutulmuş kapron qabların arxasından gömrük nəzarətindən gizlədilmiş 130 (bir yüz otuz) qutu “PARLİAMENT Super Slims” markalı siqaretlər aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2023-cü il tarixli, 3-16-16/2-7/1091-9/5747 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan “PALİAMENT Super Slims” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 1 qutusunun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 7,00 manat, 130 qutusu ümumlikdə təxminən 910,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 29 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, Şəxs barəsində toplanılmış 3-33/1-036937/2023 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 213- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində toplanmış 3-33/1-036937/2023 saylı materialda Azərbaycan respublikası İXM-nin 480-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar zəruri sənədlərin surəti ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş, ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalmış 120 qutu “X5” markalı siqaretlərin xx.xx.2023-cü il tarixli, 128S/2023 nömrəli akt əsasında “Azərteminalkompleks” Birliyinin anbarına təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “SCANİA ” markalı 77JB061/99ZJ691 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “SCANİA ” markalı 77JB061/99ZJ691 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 910 (doqquz yüz on) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 130 (bir yüz otuz) qutu “PARLİAMENT Super Slims” markalı siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, Dövlət Gömrük Komitəsinin “Azərteminalkompleks” Birliyinin anbarında saxlanılan ümumi dəyəri 910 (doqquz yüz on) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 130 (bir yüz otuz) qutu “PARLİAMENT Super Slims” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar