Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-388/2023 13.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs, onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili X5 və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə xx xxxx 1992-ci ildə Qazax rayonu Canallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Qazax rayonu Canallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 13 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(023)-288/2023 saylı icra sənədi üzrə yaranmış aliment borcunu ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 13 oktyabr 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(023)-288/2023 saylı icra sənədi 27 mart 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Həmçinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərmiş, indiyədək icra sənədi üzrə heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Hazırda Şəxs tələbkar X3 2250 manat borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Canallı kəndində yaşayır. Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(023)-288/2023 saylı icra sənədi üzrə yaranmış borclarını inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda onun ümumlikdə 2250 manat məbləğində borcu vardır. Həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Ayda hissə hissə olaraq ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(023)- 288/2023 saylı icra vərəqəsindən görünür ki, 16 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 11 yanvar 2023-cü il tarixdən başlayaraq, hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alnaraq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(023)-288/2023 saylı icra sənədləri üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan 27 mart 2023-cü il tarixli tələbin dərhal icra edilməsi haqqında bildirişdən görünür ki, Şəxs tələbin dərhal icra edilməsi üçün bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış və xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(023)-288/2023 saylı icra vərəqəsi üzrə Qazax Rayon İcra və Probasiya şöbəsində icraatı başlanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün icra məmuru tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, xəbərdarlıqlar edilmiş, izahatı alınmış lakin borclu Şəxs borcunu tələbkara ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(023)-288/2023 saylı icra sənədinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 oktyabr 2023-cü il tarixdən, saat 12:47-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-388/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-388/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver