Məhkəmə qərarları › İş №3(023)-389/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-389/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-389/2023 13.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs, Tələbkar Zərərçəkmiş şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X1 iştirakları ilə xx xxxxxxx 1982-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Qazax şəhəri, N.Nərimanov yaşayış massivi döngə 4, 4A ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraqməhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş 13 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 saylı icra vərəqəsi üzrə 2520 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 13 oktyabr 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X2 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 saylı icra vərəqəsi 04 aprel 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş və barəsində axtarış elan edilmişdir. Həmçinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Hazırda Şəxs tələbkar Zərərçəkmiş şəxs 2520 manat aliment borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. X11ova isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş borclu Şəxs izahat verərək bildirmişdir ki, Qazax şəhəri, N.Nərimanov yaşayış massivi döngə 4, 4 A ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, maddi vəziyyəti çətindir, ona görə də, aliment borcunu ödəyə bilməmişdir. Hazırda Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 saylı icra vərəqəsinə əsasən, tələbkar Zərərçəkmiş şəxs olan 2520 manat aliment borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Ayda hissə-hissə ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 saylı qətnaməsinə əsasən Qazax Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(023)- 346/2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs tutulan alimentin miqdarı dəyişdirilmiş və cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 aprel 2007-ci ildə doğulmuş X3, 28 aprel 2009-cu ildə doğulmuş X6 və 16 iyun 2013-cü ildə doğulmuş X4 adlı uşaqların yetlinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Lakin borclu Şəxs borcunu ödəmir. Hazırda Şəxs ona 2520 manat yığılmış aliment borcu var. Uşaqların saxlanılmasında maddiyyət baxımından əziyyət çəkir. Borclu isə borcunu ödəmir. Ona görə də, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Ayda hissəhissə ödənilməsinə razı deyil. Borcun tam şəkildə ödənilmədiyi halda borclu Şəxs həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 saylı icra vərəqəsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(023)-346/2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs tutulan alimentin miqdarı dəyişdirilmiş və cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 aprel 2007-ci ildə doğulmuş X3, 28 aprel 2009-cu ildə doğulmuş X6 və 16 iyun 2013-cü ildə doğulmuş X4 adlı uşaqların yetlinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 saylı icra sənədinə 04 aprel 2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş tələbin dərhal icra edilməsi haqqında bildirişdən görünür ki, borclu Şəxs borcunu dərhal ödəməsi üçün bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli, 21 saylı xəbərdarlıqdan görünür ki, borclu Şəxs borcunu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli, tələbin məcburi qaydada ödənilməsi haqqında xəbərdarlıqdan görünür ki, borclu Şəxs borcunu ödəmədiyi halda inzibati və cinayət məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 saylı icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsində icraatı başlanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün icra məmuru tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, xəbərdarlıqlar edilmiş, izahatı alınmış, barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, lakin borclu Şəxs borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş tələbkar Zərərçəkmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinə verdiyi ərizədən görünür ki, iş üzrə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Qazax Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclu Şəxs ona olan aliment borcunu ödəmədiyini, borcun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Həmçinin borclu Şəxs tərəfindən ona olan aliment borcunun tam şəkildə ödənilmədiyi halda qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, tələbkarın izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(023)-216/2023 icra vərəqəsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, izahatı alınmasına, borcun ödənilməsi üçün dəfələrlə bildiriş göndərilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 oktyabr 2023-cü il tarixdən, saat 12:55-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar