Məhkəmə qərarları › İş №3(023)-390/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-390/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-390/2023 16.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 16 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 sentyabr 2023-cü il tarixdə Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 101-də mübahisə zəmnində anası Zərərçəkmiş şəxs döyərək fiziki zor tətbiq etmiş və Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs anasıdır. Qazax RPŞ-nin İB-ndə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddəsi ilə barəsində cinayət işi vardır. Həmin cinayət işi ilə bağlı barəsində Qazax Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin müddəti bitdiyi üçün həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həbsdə olan zaman anası Fatimat və bacısı onunla danışaraq evlərini satmaq istədiklərini, buna görə də onun razılığı olmasını bildirmişlər. O, anası və bacısına bildirmişdir ki, ev satılması təqdirdə ona başqa ev alsınlar. Anası və bacısı onunla razılaşmış, o da evin satılmasına razılıq vermişdir. Anası və bacısı evi satmış, lakin ona söz verdikləri evi almamışlar. Ona görə də, anası ilə aralarında mütəmadi olaraq mübahisə yaranır. Lakin o heç vaxt anası Zərərçəkmiş şəxs döyməmişdir. Anası ona qarşı şər böhtan edir. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Musa qızı izahat verərək bildirmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləməsədə dövlət tərəfindən ona verilən təqaüd hesabına öz maddi ehtiyaclarını qarşılayır. Şəxs onun oğludur. Elşənlə o, ünvan 4 ünvanında yerləşən evində birgə yaşayırlar. Şəxs narkotik vasitə alüdəçisidir. Hazırda Şəxs barəsində Qazax Rayon Polis Şöbəsində cinayət işinin ibtidai istintaqı aparılır. Şəxs evdə mütamadi olaraq mübahisə yaradır, narkomanları evə çağırır. Evin əşyalarını satıb narkotik vasitə alır və qəbul edir. Şəxs dəfələrlə onu döymüşdür. Ona görə də, Bakı şəhərində qızı ilə birlikdə yaşayır. Şəxs tutulandan sonra Qazax şəhərində yerləşən evlərinə qayıtmış, evə daxil olan zaman görmüşdür ki, evdə heç bir əşya qalmamış, evin kanalizasiya borularını, mətbəx mebelini, qonaq otağı mebelini, qab-qacaqları, həyətdə olan borularını, televizoru oğlu Elşən satmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olan zaman Elşən ona yaxınlaşaraq xərcləməsi üçün 10 manat pul istəmişdir. Ona görə də o, Elşənə 10 manat pul vermişdir. Elşənə pul verdikdən bir neçə saat keçdikdən sonra sonuncu onun yanına təkrar gəlmiş ondan yenədə pul istəmişdir. O, isə bu zaman Elşənə pulunun olmamasını, nəvələri üçün geyim əşyaları aldığını desə də, Elşən ona cavab olaraq onun üçün fərq etmədiyini demiş və üzərinə qışqıraraq pul verməsini təkrarlamışdır. Buna görə də, onların arasında söz mübahisəsi yaranmışdır. Aralarında yaranmış söz mübahisəsi zamanı Elşən onun sol əlinin baş barmaq nahiyyəsindən əli ilə tutub çəkmiş və itələyib yerə yıxmışdır. Bu zaman o xəsarət almışdır. Həmçinin Zərərçəkmiş şəxs izahatında Elşən onunla mübahisə edən zaman onların yanında və ya ətraflarında heç kəsin olmadığını bildirmişdir. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı olan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X3-Təcrübi və X4 Hüquqi Şəxsin verdiyi 19 sentyabr 2023-cü il tarixli, 295 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət: Sol əlin arxa səthinin şişkinliyi və qançısı, küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcsri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən verlən arayışdan görünür ki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF PHŞ-in 1 saylı X1 Qazax qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 1(023)-47/2022 saylı qərardan (hakim:N.Musayev) görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi olmuş və məhkəmə istintaqı zamanı Şəxs zərərçəkmiş şəxs (anası) Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ondan şikayət və tələbi olmamış, ona görə də, Şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş, o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilmədiyini, anası Zərərçəkmiş şəxs döymədiyini, sadəcə aralarında mütamadi olaraq söz mübahisəsi olduğunu göstərsə də Zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu izahatında Şəxs 17 sentyabr 2023-cü il tarixdə onu vuraraq xəsarət yetirdiyini qeyd etmişlər. Həm zərərçəkmiş şəxsin izahatı, həm məhkəmə-tibbi ekspertizasının rəyi, həm də məhkəmə tərəfindən işin araşdırılmış digər halları ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübut olunur. Ona görə də məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməməsini əsaslı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 17 sentyabr 2023-cü il tarixdə Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 101-də mübahisə zəmnində anası Zərərçəkmiş şəxs döyərək fiziki zor tətbiq etmiş və Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 14:10-dan hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 14:10-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar