Məhkəmə qərarları › İş №3(023)-391/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-391/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-391/2023 16.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 16 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə, saat 20:30-da Qazax şəhəri, Heydər Əliyev prospektində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa 16 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə, saat 20:30-da Qazax şəhəri, Heydər Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 10 gün əvvəl Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən telefon mağazasında arvadı Famil adlı şəxsdən 100 manat ilkin ödəniş edib 200 manat dəyərində Samsung A50 markalı mobil telefon almışdır. 1 həftə sonra telefonun ekranı xarab olmuşdur. Buna görə də, 15 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində toydan çıxıb içkili halda Familin işlədiyi mağazaya gedərək telefonun xarab olmasını bildirmiş və həmin telefonu başqa telefonla dəyişdirilməsini tələb etmişdir. Lakin Famil telefonu dəyişməyəcəyini ona bildirmişdir. Bu zaman o sərxoş və əsəbi olduğu üçün Familin ünvanına nəlayiq ifadələr işlətmişdir. Famil onu sakitləşdirməyə çalışmış, lakin əsəbi olduğu üçün öz hərəklətlərini davam etdirmişdir. Bu zaman Famil polisə zəng edərək bu barədə məlum vermişdir. Bir neçə dəqiqiə sonra polis əməkdaşları mağazaya gələrək özlərini təqdim edib ona nizam intzamlı olmasını ictimai yerdə nəlayiq ifadə işlətməməsini ona bildirmişdir. Lakin o polisin sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək həm Famil, həm də polisin ünvanına nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər. Lakin o, polis şöbəsinə getməkdən imtina edərək tabesizlik göstərmişdir. Buna görə də, onu məcburi qaydada Qazax Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Qazax şəhəri Heydər Əliyev prospektində icarə əsasında mobil telefon və aksesuarların satışı ilə məşğul olur. Təxminən bir ay əvvəl Qazax şəhər sakini Könül adlı qadına 200 manat məbləğində mobil telefon və 08 manatlıq telefon üçün aksesuar satmışdır. Könül adlı qadın 100 manat ödəniş etmiş və yerdə qalan pulu isə bir aya verəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra həmin qadın mağazaya gələrək telefonun işləmədiyini ona bildirmişdir. Bu zaman o həmən qadına bildirmişdir ki, işlənmiş telefon satdıqda qaranti vermir. Həmin vaxt onların arasında sözlü mübahisə yaranmış, daha sonra razılığa gəlmişlər ki, həmən qadının ona olan 108 manat borcun yarısını versin. Həmən qadın onunla razılaşaraq mağazadan çıxıb getmişdir. 15 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Ramin adlı şəxs sərxoş halda mağazaya gələrək özünü həmən qadının əri kimi təqdim edib mağazada olan digər vətəndaşların və birlikdə işlədiyi, dostu Fuad adlı şəxsin yanında onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. O, Ramini sakitləşdirməyə çalışsada Ramin daha da aqressivləşmiş, ucadan onun ünvanına nəlayiq ifadələr işlətmiş və mağazanın şüşəsinə yumruq və təpiklə vurmuşdur. Bu zaman o DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Təxminən 7-8 dəqiqə sonra polis əməkdaşları mağazaya gəlmiş, Ramil adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edib nizam intizamlı olmasını və nəlayiq ifadə işlətməməsini bildirmişlər. Lakin Ramin polisin sözünə məhəl qoymayaraq həm onun ünvanına. Həm də polisin ünvanına nəlayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları Ramili Qazax RPŞ-nə dəvət etmişlər. Ramin polsi şöbəsinə getməyəcəyini deyərək polisin qanuni tələbionə qəsdən tabe olmamışdır. Bunü görə də, polis əməkdaşları Ramini məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Daha sonra Ramil adlı şəxsin Qazax şəhər sakni Şəxs olmasını bilmişdir. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində işləyir. 15 oktyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində polis baş serjantı Zərərçəkmiş şəxs2la Qazax şəhəri Heydər Əliyev prospektində xidmətdə olan zaman polis sahə rəisi polis kapitanı Şahin Nəbiyev telefonla məlumat verərək Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən telefon mağazalarının yanında bir nəfər şəxsin sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətdiyini bildirərək həmin yerə yaxınlaşmaqlarını bildirmişdir. Onlar həçmin yerə yaxınlaşaraq sərxoş vəziyyətdə bir nəfər şəxsin ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib ictimai yerdə nalayiq ifadələr işlətməməsini və nizam intizamlı olmasını bildirmişlər. Həmin şəxs onların sözünə məhəl qoymayaraq mağazada işləyən Famil adlı şəxsin ünvanına nəlayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman həmin şəxsi Qazax RPŞ-nə dəvət etmişlər. Lakin həmin şəxs polis şöbəsinə getməkdən imtina edərək onlarında ünvanına nəlayiq ifadə işlətməyə başlamışdır. Buna görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Qazax RPŞ-də həmin şəxsin Qazax şəhər sakini Şəxs olduğunu bilmişdir. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında digər Zərərçəkmiş şəxs3 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduğunu və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 tanıyır, birlikdə mobil telefonların və aksesuarların satışı ilə məşğul olurlar. Ramin adlı şəxsi tanımır. 15 oktyabr 2023-cü il tarixdə, saat təxminən 20 radələrində Famil ilə birlikdə mağazada olan zaman Ramin adlı şəxs sərxoş halda mağzaya gələrək səbəbsiz yerə Familin ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Famil və o Ramini sakitləşdirməyə çalışsalar da Ramin dahada aqressivləşərək Familin ünvanına nəlayiq ifadələr işlətməyə davam etmiş və mağazanın şüşəsinə yumruq və təpiklə vurmuşdur. Buna görə də, Famil DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları mağzaya gəlmiş və Raminə yaxınlaşaraq özlərini təqdim edib, ictimai yerdə nəlayiq ifadə işlətməməsini və nizam-intizamlı olmasını bildirmişlər. Lakin Ramil polisin sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Belə olan halda polis əməkdaşları Ramini şöbəsəyə dəvət etmişlər. Ramin isə polis şöbəsinə getməkdən imtina edərək həm Familin, həm də polisin ünvanına bir nəlayiq ifadə işlətmilşdir. Bu zaman polis əməkdaşları Ramini məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 15 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 Qazax rayon Qəbul şöbəsinin verdiyi 16 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 15 oktyabr 2023-cü il tarixli, 117 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdən görünür ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə Qazax şəhəri Heydər Əliyev prospektində ictimai yerdə Zərərçəkmiş şəxs1 qarşı nəlayiq ifadələr işlətmiş, Famil işlədiyi mağazanın şüşədən olan qapısına təpiklə vurmuş və hadisə yerinə gələn polis əməkdaşlarına qarşı nəlayiq ifadələr işlətmiş və polisə tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatı, şahid izahatı, DVD disk və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə, saat 20:30-da Qazax şəhəri, Heydər Əliyev prospektində ictimai yerdə nalayiq ifadələr işlədərək işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 oktyabr 2023-cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar