Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-392/2023 30.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1959-cu il tarixdə Qazax rayonu Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon İcra Hakimiyyətindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon İcra Hakimiyyətində tərtib olunmuş material 11 oktyabr 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmiş və həmin material 16 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Materiala əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X4 tərəfindən tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs ünvan 4-də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq qanunsuz tikinti işləri aparmışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 395.1.-2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. X3 xəstəxanasında işləyir. ünvan 3 ünvanında yerləşən ev ona məxsusdur. Atasından ona miras qalmışdır. Hazırda həmin evdə yaşamasa da, gələcəkdə təqaüdə çıxan zaman gəlib həmin evdə yaşayacaq. Ona görə də,həmin evi təmir etdirmək istəyir. Bununla bağlı evin həyətində bəzi söküntü işləri aparılmışdır. Lakin yeni heç bir tikinti inşa edilməmişdir. Sadəcə olaraq həmin ünvanda yerləşən torpağa hasar çəkilmişdir. Buna görə də, həmin evdə söküntü işlərinin dayandırılması ondan tələb edilmiş və o da dayandırmışdır. Daha sonra onun barəsində inzibati icraat başlanmasından və inzibati xəta haqqında protokol tərtib edilməsindən xəbəri olmamışdır. O, heç bir qanun pozuntusu etməmişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyun 2023-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq qanunsuz tikinti işləri aparılması faktı aşkar edilmişdir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08 iyun 2023-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq qanunsuz tikinti işləri aparılması faktı 08 iyun 2023-cü il tarixdə aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Nəzərə alsaq ki, hazırki iş üzrə inzibati xəta hadisəsi 08 iyun 2023-cü il tarixdə aşkar edilmişdir. Belə olan halda müəyyən olur ki, inzibati xətanın aşkara çıxdığı 08 iyun 2023-cü il tarixdən 04 aydan artıq müddət keçmişdir. Ona görə də, hazırda barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 38.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-392/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-392/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver