Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-395/2023 31.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, xx.xx.1977-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kosacan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 16 sentyabr 2023-cü il tarixdə, saat 23:15 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daxil olan, “İBAVALRESA BOYA VE KİMYA SAN.TİC.A.Ş.” şirkətinin (Türkiyə cümhuriyyəti) ünvanından "xxxx" MMC (Azərbaycan Respublikası VÖEN: **********) ünvanına göndərilən yükü gətirən Azərbaycan Respublikası vətəndaşı Şəxs İsimxan oğlunun (Pasport: C********) idarə etdiyi “VOLVO FH 500” markalı, 77JE785/99YD783 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət vasitələrinin tətbii şöbəsinin “azterminalkompleks Birliyinin gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin Tovuz Gömrük İdarəsinə təhkim olunmuş inspektoru X5i tərəfindən “HCVG” stasionar tipli rentgen -baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı roentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin dartıcıda yerləşən adblue çənində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü, Tovuz Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunun inspektoru X3 iştirakı ilə sürücü Azərbaycan Respublikası vətəndaşı Şəxs İsimxan oğlunun (Pasport: C********) idarə etdiyi “VOLVO FH 500” markalı, 77JE785/99YD783 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparılmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin dartıcıda yerləşən abdlue çənində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən üzərində “Biofleks” yazılmış 150 ml. 164 salafan bağlamalarda maye halında predimet aşkar edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi Volvo FH 500” markalı, 77JE785/99YD783 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının adbule çənində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən üzərində Biofleks 150 ml. 164 salafan bağlamalarda maye halında predimet aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şəxsin verdiyi 25 sentyabr 2023-cü il tarixli 3-28-1/2-26398/2023 nömrəli məktubdan görünür ki, Biofleks 150 ml dərman predmenləri dövlət qeydiyyatında yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5072-9/7243 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş nümunəyə əsasən bir ədəd üzərində Biofleks 150 ml 12/2024 göstəriciləri olan məhlulun (paketdə) bir ədədinin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 2,40 manat, 164 ədədi ümumilikdə təxminən 393,60 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Hacıyev Şahin X1 inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi Volvo FH 500” markalı, 77JE785/99YD783 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, Volvo FH 500” markalı, 77JE785/99YD783 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş X4 həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 393,60 manat təşkil edən, üzərində Biofleks yazıları olan 164 ədəd dərman predmentləri müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri dəyəri 393,60 manat təşkil edən, üzərində Biofleks yazıları olan 164 ədəd dərman predmentləri müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-395/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-395/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver