Məhkəmə qərarları › İş №3(023)-4/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-4/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-4/2024 11.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. X5 inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında işi yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X5 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, O, Qazax şəhəri Səməd Vurğun adına tam orta məktəbin direktor əvəzi kimi rəhbər olaraq Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməmişdir. X3 ilə hüquqi şəxs arasında müddətli əmək müqaviləsi olmuşdur və həmin müqvilə onunla deyil, məktəbin sabiq direktoru ilə S.Alməmmədova tərəfindən bağlanmışdır. Müddətli əmək müqaviləsi bir il müddətində bağlanmışdır. Və müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən xitam verilməsi barədə əmr verilmişdir. S.Alməmmədovaya həmin vaxt bununla bağlı telefonla məlumat verilmişdir. O, həmin vaxt Bakı şəhərində olmuşdur. Bunu o özüdə təsdiq edir. S.Alməmmədova ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti axrıncı haq-hesabın hesablanması üçün Qazax-Tovuz regional təhsil idarəsini Qazax rayon təhsil sektorunun mühasibatlına göndərilmişdir. S.Alməmmədovaya son haqq-hesab hesablanıb verilmişdir. Heablama zamanı hər hansı bir yanlışlığa yol verilməsi onun məsuliyyətində deyil. Qərar qəbul edən şəxs DƏMX Qazax-Tovuz regional şöbəsinin 06 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunu təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Tovuz regional Ərazi şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı qəbul edən zaman Azərbaycan respublikasının İXM-nin 38.1-ci maddəsinin tələblərini pozmuşdur. S.Alməmmədova ilə müddətli əmək müqaviləsinə xitam verilməsi və onunla son haqhesabın aparılması barədə əmr 14 iyun 2023-cü il tarixdə verilmişdir. Onun barəsində inzibati tənbeh verilməsi barədə qərar 14 dekabr 2023-cü il tarixdə qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Tovuz regional Ərazi şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 14 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında işi yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Könül Kərimova Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 7.000 (yeddi yüz) manat məbləğdə cərimə edilmişdir. Odur ki, Könül Kərimovanın şikayəti əsassızdır. Ona görə də, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxs X2 izahatını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən hazırki iş üzrə qərar qəbul edilən zaman tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, X3 ilə hüquqi şəxs arasında müddətli əmək müqaviləsi olmuşdur və həmin müqvilə onunla deyil, məktəbin sabiq direktoru ilə S.Alməmmədova tərəfindən bağlanmışdır. Müddətli əmək müqaviləsi bir il müddətində bağlanmışdır. Və müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən xitam verilməsi barədə əmr verilmişdir. S.Alməmmədova ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti axrıncı haq-hesabın hesablanması üçün Qazax-Tovuz regional təhsil idarəsinin Qazax rayon təhsil sektorunun mühasibatlığına göndərilmişdir. Şikayət vermiş şəxs Könül Kərimova şikayətində göstərmişdir ki, S.Alməmmədova ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti axrıncı haq-hesabın hesablanması üçün Qazax-Tovuz regional təhsil idarəsini Qazax rayon təhsil sektorunun mühasibatlığına göndərilmişdir. S.Alməmmədovaya son haqq-hesab hesablanıb verilmişdir. Heablama zamanı hər hansı bir yanlışlığa yol verilməsi onun məsuliyyətində deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin son haqq-hesab hesablanıb verilərkən hər hansı yanlışlığa yol verilib-verilməməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən düzgün araşdırma aparılmamış, yəni həmin yalnışlığa məktəb direktoru Könül Kərimova tərəfindən yol verilməsi ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmiş və ya səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda Süsən Alməmmədovaya son haqq-hesab hesablanıb verilərkən hər hansı yanlışlığa yol verilibverilməməsi, əgər yalnışlığa yol verilmişdirsə bu yalnışlığa kim tərəfindən yol verilməsini məhkəmə tərəfindən aydınlşadırmaq mümkün olmamışdır. X5 tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsinin sonuncu tərəfindən törədilməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən hazırki iş üzrə səthi araşdırma aparılmış, sübutlar düzgün tədqiq edilməmiş, iş üzrə yekun qərar qəbul edilən zaman obyektivlik təmin edilməmişdir. Azərbaycan Respubliaksı İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd olunları əsas götürərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinə geri göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinin Qazax şəhər S.Vurğun adına tam orta məktəbin direktoru X2 barəsində qəbul etdiyi 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qazax-Tovuz regional şöbəsinə geri göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar