Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-4/2025 15.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Şəxs MMC-nin (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə 00200-06930 nömrəli 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daxil olan “X11.Tic.Ltd.Şti.” Şirkəti Və “X12 İhracat Sanaytic.Ltd.Şti” (Türkiyə Cümhuriyyəti) ünvanından "xxxx" MMC (Az Resp, VÖEN: **********) ünvanına göndərilən yükü gətirən (Təyinat: Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postu) Azərbaycan Respublikasının vətəndaşı X2 (pasport: C********) idarə etdiyi “X15” markalı, 99XJ834/ 99ZC357 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Skanlaşdırma və X1 Tətbiqi” şöbəsinin böyük inspektoru X4 tərəfindən “HCVG” stasionar tipli rentgen-baxış qurğusunda ətraflı yoxlama keçirilmişdir. Yoxlama zamanı rentgen-baxış qurğusunun monitorunda əks olunan təsvirdə nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər görünməsi səbəbindən yük nəqliyyat vasitəsi təkrar yoxlamanın aparılması üçün yoxlama qrupuna təhvil verilmişdir. Yoxlama qrupunun üzvü Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru X6 hal şahidlərinin iştirakı ilə sürücü X2 idarə etdiyi “X15” markalı, 99XJ834/99ZC357 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük yoxlaması aparmışdır. Bu zaman, həmin nəqliyyat vasitəsinin yük yerində mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən parça materialdan hazırlanmış kəmər 9 bağlama (218 kq), üzərində “Perfecta sofa” yazısı olan etiket 6 bağlama hər biri 1500 ədəd, üzərində “Perfecta” yazısı olan zəmanət talonu 2 bağlama (14 kq), üzərində “Perfecta sofa” yazısı olan etiket 6 rulon (20000 ədəd), plastik naqil 142 kq, qara plastik naqil 344.2 kq, parça pərdə 1102.2 metr, 3795.2 metr tül və tül pərdəyə bənzər predmetlər tərəfimizdən aşkar edilərək götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 06 yanvar 2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçıları Nümayəndə və X5 protokolu müdafiə etmiş, barəsında inzibati icraat aparılan Şəxs MMCnin barəsində olan inzibati xəta haqqında iş üzrə ona cəza təyin edilən zaman yüngül cəza təyin edilməsini, ona cərimə cəzası təyin edilməsini xahiş etmişlər. 06 yanvar 2025-ci tarixli məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 barəsində olan inzibatı xəta haqqında iş üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində olan inzibati xəta haqqında iş üzrə ona aşağı həddə cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, 18 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinə gömrük yoxlaması haqqında protokoldan görünür ki, X2 idarə etdiyi “X15” markalı, 99XJ834/99ZC357 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində 95 ədəd 60x90-30 ədəd, 80x125-30 ədəd,160x250-15 ədəd, 120x180-10 ədəd, 170x240-10 ədəd (176 kq), çanta 17 ədəd (6 kq), döşək üzü 116 ədəd (65 kq), süfrə üçün aksesuar 26 ədəd (7 kq), müxtəlif ölçülü dəsmallar 228 ədəd (62 kq), yataq dəsti 28 ədəd (36 kq), süfrə 3 ədəd (3 kq),baş yaylığı 133 ədəd(10 kq),hamam üçün kisə 104 ədəd(3 kq), müxtəlif cüzdanlar 78 ədəd(4 kq),kitab üçün üzlük 33 ədəd(1.5 kq), gecə paltarı (qadın üçün) 28 ədəd (10kq), qadın alt paltarı-23 ədəd(1 kq), sabun-63 ədəd(10 kq), parça materialdan hazırlanmış kəmər 9 bağlama (218kq), üzərində “Perfevta sofa” yazısı olan etiket 6 bağlama hər biri 1500 ədəd üzərində “Perfecta” yazısı olan zəmanət talonu 2 bağlama (14 kq), üzərində “Perfecta sofa” yazısı olan etiket 6 rlon(20000 ədəd), plastik naqil 142 kq, qara plastik naqil 344.2 kq, parça pərdə 1102.2 metr, 3795.2 metr tül və tül pərdəyə bənzər predmetlər açkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli, 11-T saylı ekspert aktına əsasən tədqiqata təqdim olunan malların ümumi dəyərinin 17202 (on yeddi min iki yüz iki) manat təşkil etdiyi , üzərində “Perfecta” yazıları olan etiket və zəmanət talonlarına satışı olmadığı üçün qiymət təyin edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, X7 inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “X15” markalı, 99XJ834/99ZC357 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “X15” markalı, 99XJ834/99ZC357 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin 40 faizi miqdarında cərimə tənbehi tətbiq olunmalı və onun tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, 95 ədəd 60x90-30 ədəd, 80x125-30 ədəd,160x250-15 ədəd, 120x180-10 ədəd, 170x240-10 ədəd (176 kq), çanta 17 ədəd (6 kq), döşək üzü 116 ədəd (65 kq), süfrə üçün aksesuar 26 ədəd (7 kq), müxtəlif ölçülü dəsmallar 228 ədəd (62 kq), yataq dəsti 28 ədəd (36 kq), süfrə 3 ədəd (3 kq),baş yaylığı 133 ədəd(10 kq),hamam üçün kisə 104 ədəd(3 kq), müxtəlif cüzdanlar 78 ədəd(4 kq),kitab üçün üzlük 33 ədəd(1.5 kq), gecə paltarı (qadın üçün) 28 ədəd (10kq), qadın alt paltarı-23 ədəd(1 kq), sabun-63 ədəd(10 kq), parça materialdan hazırlanmış kəmər 9 bağlama (218kq), üzərində “Perfevta sofa” yazısı olan etiket 6 bağlama hər biri 1500 ədəd üzərində “Perfecta” yazısı olan zəmanət talonu 2 bağlama (14 kq), üzərində “Perfecta sofa” yazısı olan etiket 6 rlon(20000 ədəd), plastik naqil 142 kq, qara plastik naqil 344.2 kq, parça pərdə 1102.2 metr, 3795.2 metr tül və tül pərdəyə bənzər predmetlər ümumu dəyəri 17202.80 manat valyuta vəsaiti məbləğinin 40 (qırx) faizi miqdarında, yəni 6881.12 cərimə növündə tənbeh tədbiri tətbiq edilsin Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-4/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-4/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver