Məhkəmə qərarları › İş №3(023)-400/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-400/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-400/2023 03.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 13 avqust 2023-cü il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda idarə etdiyi “Scania” markalı, 99CX337/99ZD337 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən transit keçməklə Türkiyə Respublikasından Qazaxıstan Respublikasına suvarma avadanlıqları yükü aparan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi həmin avtomobilə idxal yoxlama xəttində keçirilmiş gömrük yoxlaması zamanı kabinanın yuxarı sağ cibinin arxa hissəsində 50 qutu “X2”, katinanın yuxarı sol cibinin arxa hissəsində 50 qutu “X2”, yatağın üzərində əl çantasının içində geyim əşyası olan şalvarın ayaq hissələrindən 60 qutu “X2” və kabinadakı sandıqçanın içərisindən 10 qutu “X1” markalı olmaqla xeyli miqdarda, ümumi dəyəri 1190 manat təşkil edən cəmi 170 qutu Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış gömrük orqanına bəyan etmədiyi tütün məmulatları aşkar edilərək protokol əsasında götürülmüşdür. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirmə və götürmə haqqında” protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi “Scania R 420” markalı, 99CX337/99ZD337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı kabinanın yuxarı sağ cibinin arxa hissəsində 50 qutu “X2”, katinanın yuxarı sol cibinin arxa hissəsində 50 qutu “X2”, yatağın üzərində əl çantasının içində geyim əşyası olan şalvarın ayaq hissələrindən 60 qutu “X2” və kabinadakı sandıqçanın içərisindən 10 qutu “X1” aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 29 avqust 2023-cü il tarixli 3-16-16/2-7/1191-9/6437 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş aksiz markası olmayan “X2” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 1 qutusunun xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 7,00 manat, 160 qutusu ümumilikdə təxminən 1120 manat və “X1” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 1 qutusunun xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 7,00 manat, 10 qutusu ümumilikdə təxminən 70 manat, cəmi 1190 təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “Scania R 420” markalı, 99CX337/99ZD337 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “Scania R 420” markalı, 99CX337/99ZD337 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 1190 manat təşkil edən üzərində “X2” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatları 160 qutu və “X1” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 10 qutu, cəmi 170 qutu tütün məmulatları müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1190 manat təşkil edən üzərində “X2” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatları 160 qutu və “X1” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatları 10 qutu, cəmi 170 qutu tütün məmulatları müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar