Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-401/2023 23.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 2004-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis şöbəsindən daxil olmuş materialdan görünür ki, Şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 23:40 radələrində VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətləri etmiş və sürət həddini aşmışdır. Bununla bağlı Şəxs barəsində İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla yaşayır. Subaydır, heç bir yerdə işləmir, əlilliyi yoxdur, heç bir növ sosial müavinət və pensiya almır. Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 22 oktyabr 2023-cü il tarixdə, saat 23:40 radələrində idarə etdiyi özünə məxsus VAZ 2106 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə Qazax rayonu Hüseynbəyli kəndindən Bayraq Meydanı istiqamətində hərəkətdə olan zaman avtomobili yüksək surətlə sürmüş, asfaltda təkər izləri buraxmış, həmçinin avtomobilində perodok olmuşdur. Həmin vaxt DYPB-nin əməkdaşları ona saxla komandası vermiş, lakin o qorxduğu üçün avtomobili saxlamamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DVD diskdə olan videodan görünür ki, Şəxs VAZ 2106 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RPŞ-nin DYPB-nin verdiyi 23 oktyabr 2023-cü il tarixli, 1/149 saylı arayışdan görünür ki, Şəxs adına sürücülük vəsiqəsi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 23 oktyabr 2023cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 23 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 22 oktyabr 2023-cü il tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 2106 markalı, 25BH136 dövlət eydiyyat nişanlı avtomobilin sahibi Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, VAZ 2106 markalı, 25BH136 dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı, DVD disk və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 23:40 radələrində VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətləri etmiş və sürət həddini aşmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və gənc olmasını iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, gənc olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası inzibati cərimə hissədə Qazax Rayon İcra və Probasiya Şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissədə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-401/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-401/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver