Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-410/2023 01.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Qazax rayonu Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, X7 İstismar İdarəsinin Qazax xidmət Sahəsində çilingər vəzifəsində işləyən, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla, Qazax şəhəri Hərbi şəhərcikdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş 31 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 31 oktyabr 2023-cü il tarixdə Qazax rayon İcra Hakimiyyətinin qarşısında ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa 31 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 31 oktyabr 2023-cü il tarixdə Qazax rayon İcra hakimiyyətinin qarşısında polis nəfərləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla, Qazax şəhəri Hərbi şəhərcikdə ailəsi ilə birlikdə yaşayır. Evlidir. X7 İstismar İdarəsinin Qazax xidmət Sahəsində çilingər vəzifəsində işləyir. Arvadının atası Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Arvadının torpaq problemi var. Bununla bağlı 31 oktyabr 2023-cü il tarixdə sərxoş halda Qazax Rayon İcra Hakimiyyətinə getmişdir. Həmin vaxt içkili olduğu üçün İcra Hakimiyyətində nə baş verdiyi yadında deyil, xatırlamır. Əməlindən peşmandır. Ürək xəstəliyindən əziyyət çəkir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. X6 əvvəllər tanımamışdır. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 31 oktyabr 2023-cü il tarixdə Qazax RPŞ-nin PPXB-nün polis nəfəri Zərərçəkmiş şəxs1 ilə xidmətdə olarkən Qazax Rayon İcra Hakimiyyətinin qarşısında bir nəfər tanımadığı şəxsin ucadan nəlayiq ifadə işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Həmin vaxt Qazax Rayon İcra hakimiyyətinin işçiləri və bir neçə nəfər qadınlar olmuşdur. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsə nizam-intizamlı olmasını bildirmişlər. Lakin həmin şəxs onların sözünə məhəl qoymayaraq ünvansız nəlayiq ifadə işlətməyə davam etmişdir. Bu zaman onu Qazax RPŞ-nə dəvət etmişlər. Şəxs polis şöbəsinə getməkdən imtina edərək onlara qarşı müqavimət göstərmişdir. Ona görə də, şəxsi məcburi qaydada xidməti avtomobilə əyləşdirirək Qazax RPŞ-nə aparmışlar. Şəxsin Şəxs olduğu onlara məlum olmuşdur. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında digər Zərərçəkmiş şəxs2 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduğunu və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 oktyabr 2023-cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuş və 01 noyabr 2023-cü ildə saat 10:18-də azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 Qazax rayon Qəbul şöbəsinin verdiyi 31 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 oktyabr 2023-cü il tarixli, 126 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 31 oktyabr 2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 31 oktyabr 2023-cü il tarixdə Qazax rayon İcra Hakimiyyətinin qarşısında ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis nəfərləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli 01 noyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, həm barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatdan, həm də iş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, 126 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 31 oktyabr 2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. Nəzərə alsaq ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs 31 oktyabr 2023-cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. X5 Qanunvericiliyinin yuxarıda göstərilən normasını nəzərə alsaq Şəxs barəsində tətbiq ediləcək inzibati həbsin onun inzibati qaydada tutulduğu vaxtdan hesablanması məqsədəmüvafiq deyildir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs təyin ediləcək inzibati həbsin əvvəli onun tutulduğu 31 oktyabr 2023-cü il tarixdən, saat 15:10-dan deyil, məhz 01 noyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Bununla belə məhkəmə səlahiyyətli orqanın nəzərinə çatdırır ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbləri pozulmuş, şəxsin sərxoş halda olması nəzərə alınmadan barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. Halbuki, İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Qeyd edilən halın nəzərə alınmasını və gələcəkdə analoji halın təkrarlanmamasını və bununla bağlı zəruri tədbirlərin görülməsi məqsədilə səlahiyyətli orqanın diqqəti göstərilən pozuntuya cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 89.5, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 01 noyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-410/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-410/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver