Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-412/2025 02.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, SOVX-2, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 12 may 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, X1 idarə etdiyi “SCANİA R 420” markalı, 01CJ517/99ZA785 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan TEMU6892677 nömrəli konteynerin içərisinə baxış keçirilmiş, ixracatçı "X3.,Ltd." Tərəfindən idxalatçı fiziki şəxs Şəxs ünvanına göndərilən KNAME81ABGS151990 şassi nömrəli “KİA CARNİVAL” markalı nəqliyyat vasitəsinin yük yerindən mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən 1 ədəd yeni hava kompressoru (520B-43 005), 4 ədəd qoruyucu (86812A9000; 29110A9000; 86525A9500; 29120A9000), 2 ədəd sürətlər qutusunun korpusu (3B200 CA0318), 2 ədəd karter (21520; 2F004), 1 ədəd sürətlər qutusunun yağ göstəricisi (21440 2F600), 2 ədəd mühərrikin qoruyucusu (62476A9000; 62477A9000), 2 ədəd peredok hissəsi sırqa (548302W000; 548302W000), 4 ədəd peredok hissəsi tyaqa (57724A9000; 56820A9000; 56821A9000), 16 ədəd mühərrikin araqatı (285212F600), 1 ədəd mühərrikin şkifi (231242F602), 3 ədəd mühərrikin yastığı (21830A9101; 21810C5200; 21970A9002), 1 ədəd yağ filteri (263202F100), 1 ədəd peredok hissəsi sükan gövdəsi (21950A9001), 2 ədəd hava filteri (97133A9000; 28113A9200), 1 ədəd qaynaq aparatı (payalnik), 1 ədəd traves (62405A9500DS), 1 ədəd peredok hissəsi çaşka, 1 ədəd “MAXTOOL” lazer aparatı, 2 ədəd baqajın rezinləri, 1 ədəd cilalama aparatı (FALCON), 2 ədəd bufer üçün barmaqlıq (86563A9500; 86564A9500), 1 ədəd dinama (37300-2F300), 485 ədəd qoruyucu (peredaxranitel), 1 ədəd temperatur ölçən (ACUBA), 4 ədəd LED işıqlar, 1 ədəd silikon LOCTİTE Sİ 5910 (2145133A02), 1 ədəd termostat (**********), 3 ədəd remen sıxıcı (252882F000; 252812F002; 252872F000), 2 ədəd peredok hissəsi pulnik (57740A9000), 2 ədəd peçin şlanqı (25420A9101), 2 ədəd “OSRAM” lampa, 4 ədəd malyar üçün alət, 1 ədəd NOHAWK NKL01-60m dıstance metr (lazer metrə), 1 ədəd şit üçün parça və 1 ədəd istifadə olunmuş bufer aşkar edilmiş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 21 aprel 2025-ci il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, X1 idarə etdiyi etdiyi “SCANİA R 420” markalı, 01CJ517/99ZA785 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan TEMU6892677 nömrəli konteynerin içərisinə baxış keçirilmiş, ixracatçı "X3.,Ltd." Tərəfindən idxalatçı fiziki şəxs Şəxs ünvanına göndərilən KNAME81ABGS151990 şassi nömrəli “KİA CARNİVAL” markalı nəqliyyat vasitəsinin yük yerindən mal-müşayiət sənədlərində göstərilməyən, gömrük orqanlarına bəyan edilməyən 1 ədəd yeni hava kompressoru (520B-43 005), 4 ədəd qoruyucu (86812A9000; 29110A9000; 86525A9500; 29120A9000), 2 ədəd sürətlər qutusunun korpusu (3B200 CA0318), 2 ədəd karter (21520; 2F004), 1 ədəd sürətlər qutusunun yağ göstəricisi (21440 2F600), 2 ədəd mühərrikin qoruyucusu (62476A9000; 62477A9000), 2 ədəd peredok hissəsi sırqa (548302W000; 548302W000), 4 ədəd peredok hissəsi tyaqa (57724A9000; 56820A9000; 56821A9000), 16 ədəd mühərrikin araqatı (285212F600), 1 ədəd mühərrikin şkifi (231242F602), 3 ədəd mühərrikin yastığı (21830A9101; 21810C5200; 21970A9002), 1 ədəd yağ filteri (263202F100), 1 ədəd peredok hissəsi sükan gövdəsi (21950A9001), 2 ədəd hava filteri (97133A9000; 28113A9200), 1 ədəd qaynaq aparatı (payalnik), 1 ədəd traves (62405A9500DS), 1 ədəd peredok hissəsi çaşka, 1 ədəd “MAXTOOL” lazer aparatı, 2 ədəd baqajın rezinləri, 1 ədəd cilalama aparatı (FALCON), 2 ədəd bufer üçün barmaqlıq (86563A9500; 86564A9500), 1 ədəd dinama (37300-2F300), 485 ədəd qoruyucu (peredaxranitel), 1 ədəd temperatur ölçən (ACUBA), 4 ədəd LED işıqlar, 1 ədəd silikon LOCTİTE Sİ 5910 (2145133A02), 1 ədəd termostat (**********), 3 ədəd remen sıxıcı (252882F000; 252812F002; 252872F000), 2 ədəd peredok hissəsi pulnik (57740A9000), 2 ədəd peçin şlanqı (25420A9101), 2 ədəd “OSRAM” lampa, 4 ədəd malyar üçün alət, 1 ədəd NOHAWK NKL01-60m dıstance metr (lazer metrə), 1 ədəd şit üçün parça və 1 ədəd istifadə olunmuş bufer aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 15-T nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ümumilikdə 35 adda 560 ədəd predmetin ümumi orta bazar dəyəri 5929 AZN olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan «SCANİA R 420” markalı, 01CJ517/99ZA785 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «SCANİA R 420” markalı, 01CJ517/99ZA785 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, 1 ədəd yeni hava kompressoru (520B-43 005), 4 ədəd qoruyucu (86812A9000; 29110A9000; 86525A9500; 29120A9000), 2 ədəd sürətlər qutusunun korpusu (3B200 CA0318), 2 ədəd karter (21520; 2F004), 1 ədəd sürətlər qutusunun yağ göstəricisi (21440 2F600), 2 ədəd mühərrikin qoruyucusu (62476A9000; 62477A9000), 2 ədəd peredok hissəsi sırqa (548302W000; 548302W000), 4 ədəd peredok hissəsi tyaqa (57724A9000; 56820A9000; 56821A9000), 16 ədəd mühərrikin araqatı (285212F600), 1 ədəd mühərrikin şkifi (231242F602), 3 ədəd mühərrikin yastığı (21830A9101; 21810C5200; 21970A9002), 1 ədəd yağ filteri (263202F100), 1 ədəd peredok hissəsi sükan gövdəsi (21950A9001), 2 ədəd hava filteri (97133A9000; 28113A9200), 1 ədəd qaynaq aparatı (payalnik), 1 ədəd traves (62405A9500DS), 1 ədəd peredok hissəsi çaşka, 1 ədəd “MAXTOOL” lazer aparatı, 2 ədəd baqajın rezinləri, 1 ədəd cilalama aparatı (FALCON), 2 ədəd bufer üçün barmaqlıq (86563A9500; 86564A9500), 1 ədəd dinama (37300-2F300), 485 ədəd qoruyucu (peredaxranitel), 1 ədəd temperatur ölçən (ACUBA), 4 ədəd LED işıqlar, 1 ədəd silikon LOCTİTE Sİ 5910 (2145133A02), 1 ədəd termostat (**********), 3 ədəd remen sıxıcı (252882F000; 252812F002; 252872F000), 2 ədəd peredok hissəsi pulnik (57740A9000), 2 ədəd peçin şlanqı (25420A9101), 2 ədəd “OSRAM” lampa, 4 ədəd malyar üçün alət, 1 ədəd NOHAWK NKL01-60m dıstance metr (lazer metrə), 1 ədəd şit üçün parça və 1 ədəd istifadə olunmuş bufer müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, 1 ədəd yeni hava kompressoru (520B-43 005), 4 ədəd qoruyucu (86812A9000; 29110A9000; 86525A9500; 29120A9000), 2 ədəd sürətlər qutusunun korpusu (3B200 CA0318), 2 ədəd karter (21520; 2F004), 1 ədəd sürətlər qutusunun yağ göstəricisi (21440 2F600), 2 ədəd mühərrikin qoruyucusu (62476A9000; 62477A9000), 2 ədəd peredok hissəsi sırqa (548302W000; 548302W000), 4 ədəd peredok hissəsi tyaqa (57724A9000; 56820A9000; 56821A9000), 16 ədəd mühərrikin araqatı (285212F600), 1 ədəd mühərrikin şkifi (231242F602), 3 ədəd mühərrikin yastığı (21830A9101; 21810C5200; 21970A9002), 1 ədəd yağ filteri (263202F100), 1 ədəd peredok hissəsi sükan gövdəsi (21950A9001), 2 ədəd hava filteri (97133A9000; 28113A9200), 1 ədəd qaynaq aparatı (payalnik), 1 ədəd traves (62405A9500DS), 1 ədəd peredok hissəsi çaşka, 1 ədəd “MAXTOOL” lazer aparatı, 2 ədəd baqajın rezinləri, 1 ədəd cilalama aparatı (FALCON), 2 ədəd bufer üçün barmaqlıq (86563A9500; 86564A9500), 1 ədəd dinama (37300-2F300), 485 ədəd qoruyucu (peredaxranitel), 1 ədəd temperatur ölçən (ACUBA), 4 ədəd LED işıqlar, 1 ədəd silikon LOCTİTE Sİ 5910 (2145133A02), 1 ədəd termostat (**********), 3 ədəd remen sıxıcı (252882F000; 252812F002; 252872F000), 2 ədəd peredok hissəsi pulnik (57740A9000), 2 ədəd peçin şlanqı (25420A9101), 2 ədəd “OSRAM” lampa, 4 ədəd malyar üçün alət, 1 ədəd NOHAWK NKL01-60m dıstance metr (lazer metrə), 1 ədəd şit üçün parça və 1 ədəd istifadə olunmuş bufer müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-412/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-412/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver