Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-414/2023 17.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sürücü, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, ev 4, döngə 2 şəfqət küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 26 sentyabr 2023-cü il tarixdə, saat 01:25 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Tovuz Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 420 (dörd yüz iyirmi manat) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu aksiz markası olmayan “X3” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu aksiz markası olmayan “X7” markalı siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi 30 oktyabr 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 26 sentyabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun müfəttişi X2 hal şahidləri X6 və X1 iştirakları ilə tərtib etdiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, 26 sentyabr 2023-cü il tarixdə, saat 01:25 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “Volvo FH” markalı 77EK378/99YD478 dövlət qeydiyyat nişanlı avtomobilin kabinasında alt yataq yerinin yataq dəstinin içərisində gömrük nəzarətindən gizlədilmiş üzərində “X4” yazılmış 30 (otuz0 qutu və “X5 100s” yazılmış 30 (otuz) qutu siqaret aşkar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli, 9/7474-7/1376 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 30 qutu “X3”, aksiz markası olmayan 30 qutu “X5” markalı tütün məmulatlarının (siqaretlər) keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Təqdim edilmiş 02 adda siqaretlərin xx.xx.2023-cü il tarixə olan ümumlikdə orta bazar qiyməti təxminən 420 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “Volvo FH” markalı 77EK378/99YD478 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “Volvo FH” markalı 77EK378/99YD478 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 420 (dörd yüz iyirmi manat) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu aksiz markası olmayan “X3” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu aksiz markası olmayan “X7” markalı siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 420 (dörd yüz iyirmi manat) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu aksiz markası olmayan “X3” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu aksiz markası olmayan “X7” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-414/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-414/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver