Məhkəmə qərarları › İş №3(023)-419/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-419/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-419/2023 17.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 17 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq edərək döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, ünvan 3 ünvanda əri X6 ilə birlikdə yaşayır. Anası Zərərçəkmiş şəxs2, qardaşı arvadı Zərərçəkmiş şəxs1 həmin evdə qeydiyyatsız yaşayır. Buna görə də, aralarında uzun müddətdir ki, mübahisə var. 28 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində işdən çıxıb evə gəlmiş, evə gələndə Zeynəbin və anası Mehribanın evdə olduqlarını, həmçinin Mehribanın həyətdə olan mətbəxdə təmir işləri apardığını görmüşdür. O evə çatan zaman Zeynəb onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. O, Zeynəbə cavab qaytaran zaman aralarında mübahiə yaranmışdır. Zeynəb onu vurmuş, daha sonra anası Mehriban gələrək əlində olan taxta parçası ilə onu vurmuşdur. Bu zaman o əri Şeydaya zəng etmiş, Şeydə evə gələn kimi Zeynəb Şeydanın boğazından tutmuş və Mehriban isə taxta parçası ilə Şeydanı vurmuşdur. O da, Zeynəbi Şeydadan aralamaq üçün Zeynəbin saçından tutaraq yerə yıxmış və yerdə sürümüşdür. Zeynəb yerə yıxılan zaman xəsarət almışdır. Bu zaman anası Mehriban onu aralamaq istəyən zaman Mehribanıda vurmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanda uşaqları, qaynanası Zərərçəkmiş şəxs2, baldızı Şəxs və baldızının əri X6 ilə birlikdə yaşayır. Həmin evlə bağlı aralarında uzun müddətdir ki, mübahisə var. 28 sentyabr 2023-cü il tarixdə evin həyətində olan kuxnada bəzi təmir işləri aparmaq üçün qaynanası Mehriban usta çağırmışdır. Həmin gün, saat 17:00 radələrində baldızı Günay və Günayın əri Şeyda evə gəlmiş və ustaya yaxınlaşaraq ustanı evdən qovmaq istəmişlər. Həmçinin Günay ustanın qarışdırdığı krasqa qutusuna təpiklə vurmuş, kraska evin içinə dağılmışdır. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Günay onun ünvanına nəlayiq ifadələr işlətmiş və saçından tutaraq yerə yıxmış və yerdə sürümüşdür. O yerə yıxılan zaman xəsarət almışdır. Bu zaman qaynanası Mehriban onları aralamaq istəmişdir. Mübahisə zamanı Günay Mehribanıda vurmuşdur. Hazırda Şəxs şikayətçidir. Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında digər zərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmiş və Şəxs şikayətçi olduğunu və Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Ustadır. Tərəflərdən heç birini əvvəllər tanımamışdır. Mehriban və Zeynəb evlərini təmir etdirmək üçün onunla razılaşmış və o da pul müqabilində onların evini təmir etməyə razı olmuşdur. 28 sentyabr 2023-cü il tarixdə evdə təmir işləri aparn zaman əvvəldən tanımadığı və adını sonradan bildiyi Günay və əri Şeyda gələrək bizim icazəmiz olmadan nə səbəbə evdə təmir işləri aparırsan, evdən çıx demiş və Günay onun istifadə etdiyi kraska qutusuna təpiklə vurmuş, kraska otağa dağılmışdır. Bu zaman Zeynəb və Mehriban gələrək Günaya bildirmişlər ki, “ ustanı evə biz çağırmışıq, bizim razılığımıza əsasən evdə təmir işi görür” demişdir. Həmin vaxt Günay, Zeynəb və Mehribanla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Günay Zeynəbin saçından tutaraq yerə yıxmış, yerdə Zeynəbi sürümüş və Zeynəb xəsarət almışdır. Bu zaman Mehriban onları aralamağa çalışmış, lakin Günay Mehribanıda vurmuşdur. Həmin vaxt o öz şəxsi mobil telefonu ilə hadisəni videoya çəkmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığı üçün Şəxs, X6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs, X6 və X1 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan onların barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli, 310 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətləır: sağ saidin və sağ körpücükaltı nahiyəsinin sıyrıqları, küt əşyanın təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli, 311 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər: Sol körpücükaltı, sol bazunun iç və yan səthinin, sağ baldırın qançırları, sağ saidin iç səthinin aıyrığı, küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X2 Qazax rayon qəbul şöbəsindən verlən 17 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF PHŞ-in 1 saylı X3 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DVD diskdən görünür ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq edərək döymüşdür. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahid izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni barəsində inzibati icraat aparılan şəxsin etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatı, şahidin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq edərək döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, qadın olmasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar