Məhkəmə qərarları › İş №3(023)-420/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-420/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-420/2023 17.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1964-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Qazax şəhəri Azadlıq küçəsi ev 125 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 17 noyabr 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs Yaşar qızına fiziki zor tətbiq edərək döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində olan inzibati xəta haqqında material 17 noyabr 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs izahatında bildirmişdir ki, Qazax şəhəri Azadlıq küçəsi ev 125 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun arvadı Günayın qardaşının arvadıdır. Onlar birlikdə yaşayırlar. 28 sentyabr 2023-cü ildə arvadı günay ona zəng edərək evdə mübahisə olduğunu və evə gəlməsini bildirmişdir. O evə gələn zaman görmüşdür ki, qaynanası Mehriban evin həyətində olan mətbəxdə təmir işləri gördürür. O, təmir işi aparan ustaya yaxınlaşaraq evin ona məxsus olduğunu, onun icazəsi olmadan nə səbəbə evdə təmir işləri gördüyünü və otaqdan çıxmasını bildirmişdir. Bu zaman arvadı Günayla qaynanası Mehriban və Günayın qardaşı arvadı Zeynəb arasında mübahisə yaranmışdır. Mübahisə zaman Zeynəb və Mehriban arvadı Günayı döymüşlər. Günay da özünü müdafiə etmək üçün Zeynəbin saçından tutaraq yerə yıxmışdır. Mübahisənin böyüdüyünü görüb, onlara yaxınlaşaraq aralamağa çalışmışdır. Bu zaman qaynanası Mehriban onu taxta parçası ilə vurmuşdur. Lakin o nə Mehribanı, nə də Zeynəbi vurmamışdır. Əlavə olaraq bildirmişdir ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Zeynəbin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanda uşaqları, qaynanası X3, baldızı X4 və baldızının əri Şəxs ilə birlikdə yaşayır. Həmin evlə bağlı aralarında uzun müddətdir ki, mübahisə var. 28 sentyabr 2023-cü il tarixdə evin həyətində olan kuxnada bəzi təmir işləri aparmaq üçün qaynanası Mehriban usta çağırmışdır. Həmin gün, saat 17:00 radələrində baldızı Günay və Günayın əri Şeyda evə gəlmiş və ustaya yaxınlaşaraq ustanı evdən qovmaq istəmişlər. Həmçinin Günay ustanın qarışdırdığı krasqa qutusuna təpiklə vurmuş, kraska evin içinə dağılmışdır. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Günay onun ünvanına nəlayiq ifadələr işlətmiş və saçından tutaraq yerə yıxmışdır. O yerə yıxılan zaman xəsarət almışdır. Bu zaman qaynanası onları aralamaq istəmişdir. Həmin vaxt Günayın əri Şəxs orada olmuşdur. Lakin Şəxs onu vurmamış, lakin ünvanına nəlayiq ifadələr işlətmişdir. Baş vermiş hadisə ilə əlaqədar hazırda Şəxs ilə barışmışdır. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığı üçün X4, Şəxs, Zərərçəkmiş şəxs və X2 barəsində cinayət işinin başlanılması rədd edilmiş, X4, Şəxs və X1 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan onların barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının Qazax Rayon Qəbul Şöbəsinin verdiyi 17 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının Qazax Rayon Qəbul Şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli, 310 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətləır: sağ saidin və sağ körpücükaltı nahiyəsinin sıyrıqları, küt əşyanın təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs ərizə verərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirərək Şəxs barəsində olan inzibati iş üzrə ictaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş həmin ərizələr barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs tərəfindən şəxsən imza edilmişdir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, sonuncunun hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs barışmalarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlərə əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar