Məhkəmə qərarları › İş №3(023)-425/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-425/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-425/2023 30.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 oktyabr 2023-cü il tarixdə Qazax şəhəri Ə.Şıxlinski küçəsində saat 14 radələrində mübahisə zəmnində Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək, onu döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində olan inzibati xəta haqqında material 30 noyabr 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs ilkin izahatında bildirmişdir ki, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayır. 25 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Qazax rayonu Kosalar yolunun başlanğıcında çayçı işlədiyi obyektin yanında olarkən avtomobil sexlərindən birində karbürator təmiri ustası işləyən Zərərçəkmiş şəxs çayxanasına gələn müştəriləri digər çayxanaya aparmasını irad kimi bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Lakin Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Əlavə olaraq sonrakı izahatında bildirmişdir ki, hazırda Zərərçəkmiş şəxs üzr istəmiş və barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax şəhərində yaşayır. 25 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Qazax şəhəri ərazisində, Kosalar kəndi yolunun başlanğıcında yerləşən çayxanalardan birində çay içib işlədiyi sexə geri qayıdarkən, Qazax rayon Kosalar kənd sakini olan, həmin ərazidə çayxana işlədən Şəxs başqa çayxanada çay içməsini və müştəriləri onun işlətdiyi çayxanaya gətirməməsini ona irad kimi bildirmişdir. Bu səbədən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs əlləri və ayağı ilə ona bir neçə dəfə vuraraq onu döymüşdür. Şəxs əli ilə onun sifət nahiyəsinə, təpiklə də ayaq nahiyəsinə vurmuşdur. Bu zaman o DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə ilə əlaqədar hazırda Şəxs ilə barışmışdır. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciətləri ilə əlaqədar toplanmış HK-1/1539 saylı ilkin araşdırma materialları üzrə əməldə cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının Qazax Rayon Qəbul Şöbəsinin verdiyi 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının Qazax Rayon Qəbul Şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 349 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: çənə nahiyəsinin sıyrığı, küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə verərək Zərərçəkmiş şəxs döydüyünü, hazırda Zərərçəkmiş şəxsla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirərək Şəxs barəsində olan inzibati iş üzrə ictaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş həmin ərizələr barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs tərəfindən şəxsən imza edilmişdir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, sonuncunun hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışmalarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar