Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-426/2023 30.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Eçmiadzin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ərazisində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa 30 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə saat 08:50 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində Mütəfəkkirlər parkının qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayır. Subaydır. 30 noyabr 2023-cü il tarixdə əsgər yoldaşı ilə görüşmək üçün Qazax şəhərinə gəlmişdir. Mobil nömrəsinə kontur vurmaq üçün terminala yaxınlaşmış, vurduğu kontur nömrəsinə yüklənməmişdir. Ona görə də, əsəbləşmiş və Qazax şəhəri ərazisində küçədə ünvansız nəlayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ictimai yerdə nəlayiq ifadə işlətməməsini və nizamintizamlı olmasını bildirmişlər. Lakin o əsəbi olduğu üçün nəlayiq ifadə işlətməyə davam etmişdir. Bu vaxt onu Qazax RPŞ-nə dəvət etmişlər. O, polis şöbəsinə getməkdən imtina edərək polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Ona görə də, onu məcburi qaydada Qazax RPŞ-nə gətirmişlər. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 30 noyabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 ilə birlikdə Qazax şəhəri Heydər Əliyev prospektində xidmətdə olan zaman “Mütəfəkkirlər Parkının” qarşısında 1 nəfər şəxsin uca səslə ünvansız nəlayiq ifadələr işlətdiyini eşidib, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ictimai yerdə nəlayiq ifadə işlətməməsini və nizam-intizamlı olmasını ona bildirmişlər. Lakin həmin şəxs onların sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, həmçinin omlarında ünvanına nəlayiq ifadələr işlətmişdir. Bu zaman həmin şəxsi Qazax RPŞ-nə dəvət etmişlər. Həmin şəxs Qazax RPŞ-nə getməkdən imtina edərək onlara qarşı tabesizlik göstərmişdir. Belə olan halda həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Qazax RPŞ-də həmin şəxsin Gotanboy rayon sakini Şəxs olmasını bilmişdir. Hazırda Şəxs şikayətçidir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında digər Zərərçəkmiş şəxs2 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, İbad Sadiqovdan şikayətçi olduğunu və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ərazisində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli 30 noyabr 2023-cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 30 noyabr 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-426/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-426/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver