Məhkəmə qərarları › İş №3(023)-426/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-426/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-426/2024 10.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ QazaxRayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, X7 iclas katibliyi, X2 iştirakı ilə, X8 tərəfindən Qazax RPŞ-nin İTB-nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X3 RPŞ-nin İTB-nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən X1 qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü müəyyən olunmuş və bununla bağlı məhkəmə tərəfindən qərardad qəbul edilərək ötürülmüş prosesual müddət bərpa edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X8 tərəfindən DİNi Baş Dövlət Yol Polisi İdarəsinin 08 avqust 2023-cü il tarixli EQ 16147021 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 20646873 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X5 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X4 Qazax RPŞ-nin İTB-nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X6 qaytarılsın. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar