Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-430/2023 01.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs X6 Təchizatı və Satışı İdarəsinin X1 nümayəndəsi Nümayəndə və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1982-ci ildə Ermənistanın Dilican rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1anında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 01 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində, Qazax şəhəri Ş.Xiyabani küçəsində yaşayan 06 abonentin elektrik sayğacını qıraraq Qazax EŞ-nə ümumlikdə 159,06 manat ziyan vurmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, ünvan 1anında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. ünvan 1anında yerləşən yaşadığı evdə elektrik enerjisinə görə yaranmış borcunu ödəmədiyi üçün 32 (otuz iki) manat borcu yaranmışdır. X1 əməkdaşları ona xəbərdarlıq edərək bildirmişlər ki, borcunu ödəmədiyi halda yaşadığı evdə elektrik enerjisi dayanacaqdır. 28 oktyabr 2023-cü ildə yaşadığı evə gəldikdə elektrik enerjisinin dayandığını görmüşdür. Buna görə əsəbləşdiyi üçün yaşadığı evin yerləşdiyi ümumi məhləyə çıxmış, və elektrik enerjisinin sayğacdan kəsildiyini görmüşdür. Bu zaman həmin sayğacının divara bərkidilmiş qutusunu əli ilə dartmışdır. Həmin vaxt evinin sayğacının quraşdırıldığı divara bərkidilmiş digər qonşularında işıq sayğacları qoparaq yerə düşmüş və o ərazini tərk edərək yaşadığı ünvana getmişdir. Hazırda dəymiş ziyanı maddi imkanı olmadığı üçün ödəməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X6 Təchizatı və Satışı İdarəsinin X1 nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, X1 X4 rəisi vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Şəxs 28 oktyabr 2023-cü il tarixdə içkili halda ümumi məhəllədə yaşayan 6 abonentin elektrik sayğaclarını dartıb divardan çıxarmışdır. Buna görə də, 6 abonentə elektrik enerjisinin verilməsində fasilə yaranmışdır. X1 əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur 6 abonentə məxsus sayğaclar yerindən dartılaraq çıxarılıb asılı vəziyyətdə qalıbdır. Nəticədə şəbəkəyə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı X3 tərəfindən akt tərtib edilmiş və dəymiş ziyanın 159,06 manat olduğu müəyyən edilmişdir. Hazırda X2 dəymiş maddi ziyan ödənilməmişdir. Şəxs şikayətçidir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X6 Təchizatı və Satışı İdarəsinin X3 tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli ziyan aktından görünür ki, X2 ümumlikdə 159,06 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanılması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 Təchizatı və Satışı İdarəsinin X1 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində, Qazax şəhəri Ş.Xiyabani küçəsində ümumi məhlədə yaşayan 06 abonentin elektrik sayğacını qıraraq Qazax EŞ-nə ümumlikdə 159,06 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Beləliklə məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli, inzibati xəta nəticəsində vurulmuş 159,06 manat maddi ziyanın bir misli məbləğində cərimə edilməli, eyni zamanda Şəxs 159,06 (bir yüz əlli doqquz manat altı qəpik) manat məbləğində maddi zərər alınaraq X6 Təchizatı və Satışı İdarəsinin X2 ödənilməli və qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş 159,06 manat maddi ziyanın bir misli məbləğində, yəni 159,06 (bir yüz əlli doqquz manat altı qəpik) manat məbləğdə cərimə edilsin. Şəxs 159,06 (bir yüz əlli doqquz manat altı qəpik) manat məbləğində maddi zərər alınaraq X6 Təchizatı və Satışı İdarəsinin X2 ödənilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-430/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-430/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver