Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-431/2023 03.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxx 1992-ci ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, deməsinə görə əlilliyi olmayan, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş 03 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 dekabr 2023-cü il tarixdə, saat 23:10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa 03 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 dekabr 2023-cü il tarixdə saat 23:10 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında bildirmişdir ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayır. Heç bir əlilliyi yoxdur. 01 dekabr 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Ağstafa rayonu dağ Kəsəmən kəndində yerləşən sahədə su sulayarkən həmin kəndin sahə rəisi ona zəng edərək Ağstafa Rayon Polis Şöbəsinə gəlməsini bildirmişdir. O, həmin gün günorta saatlarında sahədən çıxaraq Ağstafa Rayon Polis şöbəsinə gəlmişdir. Ağstafa RPŞ-də onu bir nəfər polis əməkdaşı qəbul etmiş, izahatını almış, və ona bildirmişdir ki, Tahir adlı şəxsi tanıyırmı, o da Tahir adlı şəxsi həmkəndlisi kimi tanıdığını,Tahir adlı şəxsin onun qonşusu olduğunu və əvvəllər bir neçə dəfə telefon vasitəsi ilə danışdığını bildirmişdir. İzahatını verdikdən sonra həmən gün axşam saatlarında onu Qazax Rayon Polis Şöbəsinə gətirmişlər. Qazax Rayon Polis Şöbəsində 02 gün saxlamışlar. Polis şöbəsində ona bildirmişlər ki, o oğurluq etmiş, sonra isə Qazax şəhərində yerləşən “BazarStore” mağazasının qarşısında polis əməkdaşlarına qarşı nəlayiq ifadə işlətmiş və tabesizlik göstərmişdir. Lakin o, ümumiyyətlə Qazax rayonuna gəlməmiş, heç bir oğurluq hadisəsi törətməmiş, polisə qarşı nəlayiq ifadə işlətməmiş və tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş protokol ona qarşı şər böhtandır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 01 dekabr 2023-cü il tarixdə, saat 23:10 radələrində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 ilə birlikdə Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən “BazarStore” mağazasının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin dayanacaqda telefonla danışaraq ucadan nəlayiq ifadə işlətməsini görmüşdür. Onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsə nizam-intizamlı olmasını, ictimai yerdə nəlayiq ifadə işlətməməsini bildirmişlər. Lakin həmin şəxs onların sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu zaman həmin şəxsi Qazax RPŞ-nə dəvət etmişlər. Həmin şəxs polis şöbəsinə getməkdən imtina edərək onlara qarşıda nəlayiq ifadə işlətmiş və həmin ərazidən uzaqlaşmaq istəmişdir. Ona görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Qazax RPŞ-də həmin şəxsin Ağstafa rayon Dağ Kəsəmən sakini Şəxs olmasını bilmişdir. Hazırda Şəxs şikayətçidir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 izahatında digər Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduğunu və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 dekabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 dekabr 2023-cü il tarixdə, saat 23:20-də inzibati qaydada tutulmuş və 03 dekabr 2023-cü il tarixdə, saat 12:50-də azad edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri təqsirli bilməməsini əsaslı hesab etmir. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 01 dekabr 2023-cü il tarixdə, saat 23:10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli, inzibati qaydada tutulduğu 02 gün müddət ona təyin edilmiş inzibati həbsdən çıxılmalı və həbs etmənin əvvəli 03 dekabr 2023-cü il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 gün müddət ona təyin edilmiş inzibati həbsdən çıxılsın, üzərində qəti olaraq 06 (altı) gün inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 03 dekabr 2023-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-431/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-431/2023
03.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver