Məhkəmə qərarları › İş №3(023)-432/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-432/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-432/2023 04.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Qazax rayonu Qarapapaq kəndində yaşadığı evin qarşısında küçədə ucadan polisin ünvanına nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Qazax rayonu Qarapapaq kəndində yaşadığı evin qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, Qazax rayonu Qarapapaq kəndində ailəsi ilə birlikdə yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. 03 dekabr 2023-cü il tarixdə isntagram sosial şəbəkəsində az yaşlı uşaqla polisin mübahisə etməsi ilə bağlı videoya baxan zaman polisin uşağa qarşı hərəkəti ona təsir etmiş və həmin videonun şərh hissəsində polisin ünvanına xoşagəlməz şərh yazmışdır. 04 dekabr 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı Qazax rayonu Qarapapaq kəndində yerləşən evdə olan zaman polis əməkdaşları evinə gələrək onu çağırmışlar. O, küçəyə çıxan zaman polislər özlərini ona təqdim etmiş, instagram sosial şəbəkəsində yazdığı şərhlə bağlı proflaktiki söhbət aparılması üçün onu Qazax RPŞ-nə dəvət etmişlər. Bu zaman o əsəbləşmiş və küçədə polisin ünvanına nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət edərək ictimai yerdə nəlayiq ifadə işlətməməsini bildirmişdir. Lakin o əsəbi olduğu üçün nəlayiq ifadə işlətməyə davam etmiş və polis şöbəsinə getməyəcəini bildirmişdir. Ona görə də, onu məcburi qayadada Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 04 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs2lə birlikdə xidmətdə olan zaman Qazax rayon Qarapapaq kənd sakini Şəxs “İnstagram” sosial şəbəkəsində Qəbələ rayonunda polis əməkdaşı və vətəndaş arasında baş vermiş narzalıqla bağlı olan videoçarxın şərh bölməsinə 03 dekabr 2023-cü il tarixdə polisin ünvanına nəlayiq ifadələr yazması əlaqədar Şəxs ilə proflakitiki söhbət aparılması üçün yaşadığı evin qarşısına gedərək özlərini Şəxs təqqdim edib, Qazax RPŞ-nə dəvət etmişlər. Bu zaman Şəxs küçədə polisin ünvanına nəlayiq ifadələr işlətmişdir. Şəxs nizam-intizamlı olmasını, ictimai yerdə nəlayiq ifadə işlətməməsini bildirmişlər. Lakin sonuncu onların sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, polis şöbəsinə getməkdən imtina edərək onlara qarşı tabesizlik göstərmiş və əlqol hərəkətləri ilə onlara müqavimət göstərmişdir. Ona görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 izahatında digər Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduğunu və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04 dekabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 Qazax rayon Qəbul şöbəsinin verdiyi 04 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün izahatı, zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Qazax rayonu Qarapapaq kəndində yaşadığı evin qarşısında küçədə ucadan polisin ünvanına nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli, həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən, saat 15:10-dan hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən, saat 15:10-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar