Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-436/2023 05.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxx 1988-ci ildə Qazax rayonu Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, "xxxx" MMC-də işləyən, deməsinə görə əlilliyi olmayan, Qazax rayonu Cəfərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş 05 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrində Qazax şəhəri Vidadi küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, Qazax rayonu Cəfərli kəndində ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMC-də işləyir. Heç bir əlilliyi yoxdur. 05 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində Qazax şəhəri Vidadi küçəsində yerdə zibil tullantılarını görmüş, əsəbi olduğundan həmin zibil tullantılarını ayağı ilə dağıtmışdır. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxılşaraq özlərini təqdim edib, nizam-intizamlı olmasını və zibil tullantılarını dağıtmamasını ona bildirmişlər. Lakin o, polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər. Lakin o, əsəbi olduğu üçün polis şöbəsinə getməkdən imtina etmiş, polisə tabesizlik edərək hadisə yerindən uzaqlaşmaq istəmişdir. Ona görə də, onu məcburi qayadada Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 05 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Zərərçəkmiş şəxs3, Qazax RPŞ-nin İTB-nin polis sahə nəfəri Zərərçəkmiş şəxs1la birlikdə xidmətdə olan zaman Qazax şəhəri, Vidadi küçəsində bir nəfər tanımadığı şəxsin küçədə olan zibilləri dağıtmasını görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, nizamintizamlı olmasını və zibilləri dağıtmamasını bildirmişlər. Lakin həmin şəxs onların sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu zaman həmin şəxsi Qazax RPŞ-nə dəvət etmişlər. Lakin sonuncu onların sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, polis şöbəsinə getməkdən imtina edərək onlara qarşı tabesizlik göstərmiş, əl-qol hərəkətləri ilə onlara müqavimət göstərmiş və hadisə yerindən uzaqlaşmaq istəmişdir. Ona görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Qazax RPŞ-də həmin şəxsin Qazax rayon Cəfərli kənd sakini Şəxs olduğunu bilmişlər. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs3 və Qazax RPŞ-nin İTB-nin sahə polis nəfəri Zərərçəkmiş şəxs1 izahatlarında digər Zərərçəkmiş şəxs2 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduqlarını və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 05 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrində Qazax şəhəri Vidadi küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli, həbs etmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən, saat 21:20-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin, 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən, saat 21:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-436/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-436/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver