Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-446/2023 26.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ X1 Akif oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsi tərəfindən məhkəmə göndərilən sənədlərdən görünür ki, Şəxs 14 iyul 2023-cü il tarixdə saat 14:57 radələrində «VAZ 21099 MİNİK» markalı, 35BL273 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2023-cü il tarixli, EQ 15695829 nömrəli inzibati tənbeh verilmə haqqında qərarla səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 60 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimə qərarının üzərinə 36 (otuz altı) manat dəbbə pulu əlavə olunaraq cərimənin məbləği 96 (doğsan altı) manat təşkil etmişdir. Şəxs 96 (doğsan altı) manat cəriməni 3 ay müddətinə ödəmədiyindən 29 noyabr 2023-cü il tarixdə İXP ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Alpoud kəndində yaşayır. Hazırki inzibati xəta Bakı şəhəri Abşeron rayonu Saray qəsəbəsində törədilmişdir. O, heç vaxt həmin ərazidə avtomobil idarə etməmiş, nə də, onun avtomobili ümumiyyətlə Bakı şəhərində olmamışdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Qazax Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində olan inzibati material natamam olduğundan, işə baxıb tamamlamaq mümkün olmadığından həmin material onu tərtib etmiş orqana, yəni Qazax Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Qazax rayonu Alpoud kəndində yaşadığını, hazırki inzibati xəta hadisəsinin Bakı şəhəri Abşeron rayonu Saray qəsəbəsində törədildiyini, o, heç vaxt həmin ərazidə avtomobil idarə etmədiyini, nə də, onun avtomobilin ümumiyyətlə Bakı şəhərində olmadığını bildirmişdir. Belə olan halda Şəxs tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsinin həqiqətən sonuncu tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin səlahiyyətli orqan, yəni Qazax RPŞ-i tərəfindən hazırki inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsini təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda işə baxıb tamamlamaq, iş üzə tam və obyektiv qərar qəbul etmək mümkün deyldir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material natamam olduğundan, işə baxıb tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax RPŞ-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-446/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-446/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver