Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-450/2023 29.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X3 28 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından barəsində inzibati icraat aparılan şəxs X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X3 28 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X3 28 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X5 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayır. Etibarnamə əsasında idarə etdiyi 99HC802 dövlət qeydiyyat nişanlı Opel Vectra minik markalı avtomobili Bakı- Quba yolunun 23-cü km-də hərəkət edən zaman, orada yerləşən stasionar postu keçdikdən sonra axxası ilə DYP-nə məxsus BMW markalı xidməti avtomobil sayrışan işıqlarını yandıraraq saxla komandası vermiş, o da idarə etdiyi avtomobili saxlamışdır. Daha sonra YPX inspektoru ona yaxınlaşaraq saxla komandasına məhəl qoymadığını, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını ona bildirmişlər. O da öz növbəsində həmin polis əməkdaşıan izah etmişdir ki, onu heç bir polis əməkdaşı saxlaxmamışdır. Əgər hər hansı polis əməkdaşı ona saxla komandası versə maşını saxlayarmış. Lakin polis əməkdaşları onun razılaşmamış, bu zaman o, polis əməkdaşlarından video kamera tələb etmişdir. Polis əməkdaşları kamera yoxdu deyərək onun barəsində əsassız olaraq protokol tərtib etmişdir. Həmin protokol əsasında da əsaasız qərar qəbul edilərək cərimə edilmişdir. Bu halları nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin onun barəsində qəbul etdiyi 28 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Baş X9 İdarəsinin nümyəndəsi məhkəmə iclasına gəlməmiş, nə də gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. X4 barəsində olan qərarın, həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin və video (kamera) görüntülərinin məhkəməyə təqdim edilməsi BDYPİ-dən xahiş edilmiş, lakin həmin sənətlər və subutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə işə BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı tədqiq edib, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, səlahiyyətli orqan, yəni BDYPİ-si tərəfindən hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilmədən səthi araşdırma aparılmışdır. Onu da qeyd etmək lazımdır ki, səlahiyyətli orqan tərəfindən iş üzrə sübutlar məhkəməyə təqdim olunmadığından iş üzrə digər sübutların məhkəmə tərəfindən tədqiq edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X5 tərəfindən törədilməsi iddia edilən həmin inzibati xəta hadisəsi ilə bağlı səlahiyyəqli orqan, yəni BDYPİ-si tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsaəsn inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd olunları əsas götürərək hesab edir ki, X1 şikayəti təmin edilməli, səlahiyyətli orqan, yəni BDYPİ-si tərəfindən hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədən səthi araşdırma aparıldığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X3 Tofiq İbrahimovun barəsində qəbul etdiyi 28 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə geri göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İ Tağım YPX inspektoru polis baş serjantı X6 tərəfindən X1 barəsində qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə geri göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-450/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-450/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver