Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-451/2023 27.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi ilə 24 avqust 1989-cu ildə Qazax rayonu Qırılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa rayonu Qırılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş materialdan görünür ki, Şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 11:15 radələrində İran islam Respublikasından Azərbaycan Respublikasına gələrkən Tovuz Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman nəqliyyat vasitəsinin yük yerində **********6010 saylı bəyannamədə qeyd olunan “Led lampalar üçün hissələr” yoxlanılmış və 003 nömrəli invoysda qeyd edilən mallarla eynilik təşkil etdiyi, lakin invoysda bəyan edilməyən Led lampaların qablaşdırılması üçün istifadə edilən karton qutular olduğu aşkar olunmuşdur. Qeyd edilən əlavə yükün çəkisi 7260 kq sayı (145000 ədəd) olması müəyyən olunmuşdur. **********6010 saylı bəyannamə ilə bəyan olunan mallar rəsmiləşdirilərək təhvil verilmiş, lakin bəyannamədə qeyd edilməyən Led lampaların qablaşdırılması üçün istifadə edilən 7260 kq sayı (145000 ədəd) olan karton qutular Şəxs nümayəndəsi X2 ünvan 1 ünvanında qeydiyyatda olan anbarına yerləşdirilmiş və AA958379, AA958380, AA958381 nömrəli eyniləşdirmə vasitələriylə gömrük təminatına alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 13 dekabr 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 oktyabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsi X1 gömrük xidməti leytenantı X3, hal şahidləri X6 və X4 iştirakları ilə tərtib etdiyi malların yoxlanılması haqqında protokoldan müəyyən edilir ki, 17 oktyabr 2023-cü il tarixdə, saat 11:15 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilən, fiziki şəxs Şəxs nümayəndəsi X5 tərəfindən **********6010 nömrəli bəyannamə ilə təqdim olunan “Led lampaların hissələri” ilə yüklənmiş DONG FENG DFL 4080-999 (T375) markalı, 30AA547/30AA548 dövlət nömrə nişanlı yük vasitəsinin yük yerinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində **********6010 saylı bəyannamədə qeyd olunan “Led lampalar üçün hissələr” yoxlanılmış və 003 nömrəli invoysda qeyd edilən mallarla eynilik təşkil etdiyi müəyyən olunmuş, lakin nəqliyyat vasitəsinin yük yerində bəyannamədə və invoysda göstərilməyən ümumi çəkisi 7260 kq olmaqla 145000 ədəd led lampaların qablaşdırılıması üçün istifadə edilən müxtəlif ölçülü karton qutular olduğu aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 oktyabr 2023-cü il tarixli malların saxlanılması haqqında aktdan görünür ki, 7260 kq (145000) ədəd karton qutuların saxlanılmasına zərurət yarandığından həmin karton qutular yükü ünvan 2 ünvanında yerləşən anbarda saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 3-16-16/2-9/8181/2023 saylı məhkəmə ükspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, tədqiqata nümunə qismində təqdim edilən 09 ədəd (01 ədəd “smart Led Bulb 30W”, 01 ədəd “smart Led Bulb 50W” 01 ədəd “ДИОДЕКС 100W” 01 ədəd “M.M. Provider 100W” 03 ədəd “M.M. Provider LED Blub” 01 ədəd “M.M. Provider LED Blub 20W”, 01 ədəd “ДИОДЕКС markalı) Led lampalarım qablaşdırılması üçün istifadə edilən müxtəlif ölçülü karton qutuların Respublikada yerləşən ticarət şəbəkələrində satışı nəzərdə tutulmadığından qiymətləndirmə parmaq mümkün olmamış, ona görə də ekspertiza keçirilməsi barədə 26 oktyabr 2023-cü il tarixli qərardad Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq icrasız saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, qeyd edilən karton qutular həmin yükün tərkib hissəsidir, həmçinin, həmin karton qutular gömrük bəyannaməsində göstərilmişdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsinin predmeti olan karton qutular gömrük bəyannaməsində göstərilməklə, müvafiq gömrük orqanına bəyan edilmişdir. Belə olan halda barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədəmüvafiq deyildir. Bundan başqa məhkəmə tərəfindən iş material araşdırılarkən müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan şəxs Gülnar Bayramova tərəfindən ölkə ərazisinə gətirilmiş ümumi çəkisi 7260 kq olmaqla 145000 ədəd led lampaların qablaşdırılıması üçün istifadə edilən müxtəlif ölçülü karton qutuların ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilmiş, lakin həmin karton qutularının Respublikada yerləşən ticarət şəbəkələrində satışı nəzərdə tutulmadığından qiymətləndirmə parmaq mümkün olmamış, ona görə də ekspertiza keçirilməsi barədə 26 oktyabr 2023-cü il tarixli qərardad Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq icrasız saxlanılmışdır. Göründüyü kimi həmin karton qutularının dəyərini müəyyən etmək və əməli məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, 17 oktyabr 2023-cü il tarixli aktla götürülmüş, ünvan 2 ünvanında yerləşən anbarda saxlanılan 7260 kq (145000) ədəd karton qutuları sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsində Şəxs təqsiri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, 17 oktyabr 2023-cü il tarixli aktla götürülmüş, ünvan 2 ünvanında yerləşən anbarda saxlanılan 7260 kq (145000) ədəd karton qutuları sahibi Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 17 oktyabr 2023-cü il tarixli aktla götürülmüş, ünvan 2 ünvanında yerləşən anbarda saxlanılan 7260 kq (145000) ədəd karton qutuları sahibi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-451/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-451/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver