Məhkəmə qərarları › İş №3(023)-452/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-452/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-452/2023 13.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, X1, Zərərçəkmiş şəxs1, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X2 iştirakları ilə xx xxxxxx 1982-ci ildə Ermənistanın Dilican rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X4 tərəfindən tərtib olunmuş 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(023)-405/2017 saylı icra sənədi üzrə yaranmış 3440 manat, Qazax rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(023)-475/2018 saylı icra sənədi üzrə 4300 manat aliment borcunu tələbkarlara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 13 dekabr 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X4 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(023)-405/2017 saylı icra sənədi 11 aprel 2017-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(023)-475/2018 saylı icra sənədi isə 10 aprel 2018-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Qazax Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(023)- 405/2017 saylı icra sənədinə əsasən 22 yanvar 2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs 10 mart 2017-ci il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 Tofiq qızına verilməsi qət edilmişdir. Bundan başqa Qazax Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(023)-475/2018 saylı icra sənədinə əsasən 17 yanvar 2016-cı ildə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs 01 fevral 2018-ci ildən başlayaraq ayda 100 (bir yüz) manat məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Həmçinin Qazax Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Bundan başqa Qazax Rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qazax Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərk borcunu ödəmir. Hazırda Şəxs xx.xx.2017-ci il tarixli, 2(023)-405/2017 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 Tofiq qızına 3440 manat, xx.xx.2018-ci il tarixli, 2(023)-475/2018 saylı icra sənədi üzrə isə tələbkar Zərərçəkmiş şəxs1 isə 4300 manat aliment borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkarlar isə borcunun ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Qazax Rayon Məhkəməsinin hər iki icra sənədi üzrə yaranmış borclarını inkar etmir. Maddi imkanı zəif olduğu üçün borclarını ödəyə bilməmişdir. Borclarını tam şəkildə ödəməyə maddi imkanı çatmır. Tələbkarın hər birinə hər ay 60 manat ödəyə bilər. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax rayonu Canallı kəndində qeydiyyatda olmaqla Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Borclu Şəxs ona 4300 manat borcu var. Şəxs borcunu ödəmir, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Borcun hissə-hissə ödənilməsinə razı deyil, tam şəkildə ödənilməsini tələb edir. Borcun tam şəkildə ödənilmədiyi halda Şəxs həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs2 Tofiq qızı izahat verərək bildirmişdir ki, Qazax rayonu Qazaxbəyli kəndi Yeni qəsəbədə yaşayır. Borclu Şəxs ona 3440 manat borcu var. Şəxs borcunu ödəmir, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Borclu hər ay mütamadi olaraq 100 manat ödəyəcəyi halda qalıq 3440 manat borcu istəmir. Lakin hər ay 100 manat ödəmədiyi halda isə qalıq borcunu tələb edir. Ödənilmədiyi halda borclu Şəxs həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(023)-405/2017 saylı icra vərəqəsindən görünür ki, 22 yanvar 2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs 10 mart 2017-ci il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 Tofiq qızına verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(023)-475/2018 saylı icra vərəqəsindən görünür ki, 17 yanvar 2016-cı ildə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs 01 fevral 2018-ci ildən başlayaraq ayda 100 (bir yüz) manat məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 11 aprel 2017-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(023)-405/2017 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 11 aprel 2017-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(023)-475/2018 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən tələbin könüllü icra edilməsi haqqında bildirişdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış və xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından förünür ki, borclu Şəxs məcburi qaydada Qazax Rayon İcra və probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilmiş, dəfələrlə Qazax rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmış, inzibati qaydada həbs edilmiş, həmçinin cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli, 1(023)-65/2015 saylı hökmdən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(023)-21/2021 saylı hökmdən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, tələbkarların izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Qazax Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(023)-405/2017 saylı və Qazax Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(023)- 475/2018 saylı icra sənədlərinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, inzibati qaydada həbs edilməsinə, iki dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati qaydada həbs edilməsinə, iki dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar