Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-453/2023 27.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu Orta Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 28 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ev 113, mənzil 75-də yaşayan Şəxs Qazax şəhəri Heydər Əliyev prospektində Ağstafa rayon Dağ Kəsəmən kəndi istiqamətindən üzü Qazax rayon Avtovağzalı istiqamətində hərəkətdə olan zaman Azərbaycan Dövlət Su X1rşısında idarə etdiyi “KİA SORENTO” markalı 77KM302 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatı edən zaman yolu Azərbaycan Dövlət Su X7 Filialı istiqamətində keçmək üçün hərəkətdə olan piadanı vurmuş, nəticədə zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin Bakı şəhərində avtomobil təmiri sexində usta işləyərək maddi qazanc əldə edir. 28 noyabr 2023-cü il tarixdə Qazax şəhəri Heydər Əliyev prospekti ilə üzü Qazax şəhəri iki saylı tam orta məktəb istiqamətində hərəkətdə olan zaman Azərbaycan Dövlət Su X2rşısında bir nəfə qadın qəflətən avtomopbilin qarşısına çıxmışdır. Qadın qəflətən avtomobilin qarşısına çıxdığı üçün o, avtomobili saxlaya bilməmçiş və avtomobilin sol yan güzgüsü ilə qadının sağ qol nahiyəsindən vurmuşdur. O, avtomobil ilə qadını vuran zaman qadın yeerə yıxılmışdır. Bu zaman o dərhal avtomobili saxlayaraq həmin qadını yerdən qaldırıb Qazax rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həmin qadının Zərərçəkmiş şəxs olması ona məlum olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbləri yoxdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 28 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən Bazar Store mağazasından alış-veriş edin evə qayıdan zaman Azərbaycan Dövlət Su X2rşısında yolu keçmək istəmiş, bu zaman tanımadığı avtomobilin güzgüsü anidən onun sağ qoluna çırpılmışdır. O, zərbənin təsirindən yerə yıxılmışdır. Avtomobilin sürücüsü avtomobili dayandırıb onu Qazax rayon Mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra onu vuran avtomobli idarə edən şəxsin Şəxs olmasını bilmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, Şəxslə barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən toplanmış ilkin yoxlama materialı üzrə, onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2023-cü il tarixli 383 nömrəli rəyindən görünür ki, X3 tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bazu oynağının çıxığı və sağ bazunun yuxarı 1/3-nin yan səthinin qançırı, küt-bərk əşyanın təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 28 noyabr 2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına AE049618 saylı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, onunla barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-453/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-453/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver