Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-454/2024 30.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, X1 iclas katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Qazax rayonu, Qaymaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, Qaymaqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 30 avqust 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş 30 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 avqust 2024-cü il tarixdə saat 20:06 radələrində DİN NHİX-nin 102 xidmətinə zəng edərək, təhqiredici ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax RPŞ-nin İTBnin sahə rəisi polis kapitanı X3 izahat verərək bildirdi ki, Şəxs 20 avqust 2024-cü il tarixdə saat 20:06 radələrində DİN -nin NHİX-nin 102 xidmətinə zəng edərək, qızı ilahənin evindən oğurluq olması ilə bağlı Qazax RPŞ-də aparılan araşdırmadan narazı olduğunu bildirib təhqiredici ifadələr işlətmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Qazax rayonu, Qaymaqlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Qazax rayonu Qaymaqlı kəndində yerləşən ona məxsus olan fərdi yaşayış evində olarkən əsəbi halda DİN-nin 102 xidmətinə zəng edərək orada olan polis əməkdaşlarına və digər şəxslərin ünvanına nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməldən peşmandır. Özünü təqsirli bilir. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 30 avqust 2024-cü il tarixdə, saat 11:00-da tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN X2 xidmətinin rəisi, polis polkovniki Mirəziz Mirəkiyevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:06-da Qazax rayonu, Qaymaqlı kənd sakini vətəndaş Şəxs (055) ***-**-** nömrəsindən “102” xidmətinə zəng edib, qızı İlhamənin evindən oğurluq olması ilə bağlı Qazax RPŞ-də aparılan araşdırmadan narazı olduğunu bildirib, təhqir edici ifadələr işlətmişdir. İş materiallarında olan AZEMİS sistemindən çıxarışdan görünür ki, Şəxs hal-hazırda Başqa ölkələrin ərazisində məhəlli müharibələrində və hərbi münaqişələrində hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə görə 80 manat pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı və şahid ifadələri, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 30 avqust 2024-cü il tarixdən saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 avqust 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-454/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-454/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver