Məhkəmə qərarları › İş №3(023)-456/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-456/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-456/2024 02.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Qazax RPŞ-nin İTB-nin sahə rəisi X5 və DYPB-nin inspektoru X8 iştirakları ilə, xx xxxxx 1999-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax şəhəri Heydər Əliyev prospekti 140 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510, 535.1, və 511.1.3-cü maddələri ilə MN 2079641, MN ******* və İXP ******* nömrəli, 01 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qazax Rayon Polis şöbəsinin DYPB-nin inspektoru X15 tərəfindən tərtib olmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 avqust 2024-cü il tarixdə saat 21:30 radələrində VAZ 2121 minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər və təhlükəli manevrlər etmişdir. Qazax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X11 tərəfindən tərtib olmuş MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə, saat 11:20 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında dindirilmiş protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-nin inspektoru X15 izahat verərək bilmişdir ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə saat 14:09 radələrində VAZ 21214 minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər və təhlükəli manevrlər etmişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X11 izahat verərək bilmişdir ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə, saat 11:20 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü qeyd edilən inzibati xətaların törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, Qazax şəhəri Heydər Əliyev prospekti 14 ünvanında qeydiyyatda olmaqla yaşayır. Subaydır, heç bir yerdə işləmir, əlilliyi yoxdur, heç bir növ sosial müavinət və pensiya almır. 31 avqust 2024-cü il tarixdə saat 17:00 radələrində dostu X2 niva markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşını sürmək üçün götürmüş həmin tarixdə saat 20:00 radələrində Qazax şəhəri ərazisində Niva markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətlə olan zaman YPX-nin avtomaşını ona saxla işarəsi vermişdir. Bu zaman o idarə etməni itirmiş və avtomaşın özündən asılı olmayaraq sağa sola hərəkət etməyə başlamışdır. Bundan sonra o, Qazax şəhərinin çıxacağında olan at heykəlini keçmiş daha sonra geri qayıtmışdır. Bu zaman YPX-nin əməmkdaşlarını həmin yerdə tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində YPXB-nin əməkdaşları ilə Qazax şəhəri Heydər Əliyev prospektində görüşmüşlər, onlar onu polis şöbəsinə dəvət etmişlər və bu zaman o, polis əməkdaşlarına nəyə görə getməli olduğunu soruşmuşdur. Polis əməkdaşları ona bildirmişlər ki, polis şöbəsinə gedək orada biləcəksən bildirmişlər. bundan sonra o, polis əməkdaşları ilə birlikdə PPXB-nin avtomaşını vasitəsi ilə polis şöbəsinə getmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Qanunamüvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin DYPB-nin baş inspektoru X12 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Qazax şəhəri ərazisində Niva markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtoxuliqanlıq hərəkətləri ilə bağlı tərəfindən raport tərtib edilmişdir. Buna görədə xx.xx.2024-cü il tarixdə Qazax şəhəri H.Əliyev prospektində həmin avtomaşını idarə edən şəxsi yəni Şəxs görüb polis şöbəsinə dəvət etdikdə həmin şəxs onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu zaman ərazidə xidmət aparan PPXB-nün əməmkdaşları onlara yaxınlaşmışlar. Lakin Şəxs PPXBnin və onların qanuni tələbinə tabe olayaraq həmin ərazidən uzaqlaşmaq istəsədə, sonradan PPXB-nin avtomaşınına əyləşərək polis şöbəsinə aparılıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin əməkdaşları X4 və X6 izahatlarında digər şahid X12 eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etməklə Şəxs ictimai qaydanı pozub söyüş söymədiyini, lakin ilk əvvəl onların qanuni tələbinə tabe olmadığını sonradan isə onların xidməti avtomobilinə oturub rayon polis şöbəsinə getdiyini qeyd etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxış edərək müdafiə etdiyi şəxsin əməlində ona istinad edilən inzibati xətaların tərkib əlamətlərinin olmadığını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DVD diskdə olan videodan görünür ki, Şəxs Niva markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax Rayon H.Əliyev prospektində hərəkətdə olan zaman KİA markalı **-YP-*** d.q.n-lı YPX avtomobili ondan avtomaşını saxlamasını tələb edir, lakin Şəxs onlara məhəl qoymayıb sürəti artırmaqla manevr edərək həmin yerdən uzaqlaşır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X3 verdiyi 02 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən foto şəkillərdən görünür ki, VAZ-21214 minik markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomobildə konsktruksiya dəyişikliyi edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə saat 11:20-də inzibati qaydada tutulmuş və 02 sentyabr 2024-cü il tarixdə saat 16:25-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətilməsi, şahidlərin izahatlarını və inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübuta yetirilmir. Ona görədə iş üzrə həmin maddələr üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanuna müvafiq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə təsdiq edilir. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə, saat 11:20 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs il ərzində ilk dəfə inzibati xətanı törətməsi iş üzrə onun inzibati məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar