Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-459/2023 28.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi ilə, xx xxxx 1991-ci il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon İcra Hakimiyyətindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon İcra Hakimiyyətində tərtib olunmuş material 15 dekabr 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmiş və həmin material 18 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Materiala əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş 14 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Qazax rayonu Birinci Şıxlı kəndi ərazisində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq qanunsuz tikinti işləri aparmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Qazax rayonu Birinci Şıxlı kəndində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq qanunsuz tikinti işləri aparılması faktı aşkar edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə toplanmış mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 dekabr 2023-cü il tarixli aktda göstərilmişdir ki, Şəxs ona 2004-cü il ildə Birinci Şıxlı bələdiyyəsi tərəfindən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirməyə başlamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş torpaqların altısatqısına dair aktdan görünür ki, Qazax rayonu Birinci Şıxlı bələdiyyəsi ərazisində olan 0,10 ha torpaq sahəsini 2004-cü ildə X1 almışdır. Hazırki tikinti işləri isə həmin torpaq sahəsində aparılır. Həmin tikilinin Şəxs tərəfindən aparılması isə nə iş materiallarında, nə də məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda müəyyən olunur ki, hazırki inzibati xəta hadisəsinin törədilməsində Şəxs aidiyyəti yoxdur və ya onun inzibati xətaya aidiyyətinin olmasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-459/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-459/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver