Məhkəmə qərarları › İş №3(023)-47/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-47/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-47/2024 13.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Qazax rayonu, Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 13 fevral 2024-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-si tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 13 fevral 2024-cü il tarixdə saat 11:50 radələrində Qazax şəhəri, Azadlıq küçəsində yerləşən Qazax Rayon İcra Hakimiyyəti qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Qazax rayonu Daş Salahlı həndində ailəsi ilə birlikdə yaşayır. Facebook sosial şəbəkəsində Bakıvaxtı.az saytının dərc etdiyi məqalıni paylaşmış həmin məqalənin mətninə görə paylaşımın rəy bölməsində onu “siyasi bloger” narazı şəxs kimi qeyd etmişlər. O, həmin rəyləri xx.xx.2024-cü il tarixdə Qazax şəhəri ərazisində Qazax Rayon İcra Hakimiyyətinin qarşısında oxumuşdur. Onun haqqında olan fikirləri oxuduqdan sonra ona yaraşmayan ifadələr olduğu üçün əsəbləşmiş və ucadan ünvansız söyüşlər söyməyə başlamışdır. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona nizam intizamlı olmasını, ictimai yerdə nəlayiq ifadələr işlətməməsini bildirmişlər. Lakin o əsəbi olduğu üçün nəlayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman onu Qazax RPŞ-nə dəvət etmişlər, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, Qazax RPŞ-nin PPXB-nün taqım komandiri vəzifəsində işləyir. 13 fevral 2024-cü il tarixdə saat təxminən 11:50 radələrində Qazax RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid1la ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin Qazax şəhəri Azadlıq küçəsində yerləşən Qazax Rayon İcra hakimiyyətinin qarşısında ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsə nizam-intizamlı olmasını, ictimai yerdə nəlayiq ifadə işlətməməsini bildirmişlər. Həmin şəxs nəlayiq ifadə işlətməyə davam etdiyi üçün onu Qazax RPŞ-nə dəvət etmişlər. Bu zaman həmin şəxs heç bir atiraz etmədən onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. Qazax RPŞ-də həmin şəxsin Qazax rayon Daş Salahlı kənd sakini Şəxs olduğunu bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid1 izahatında Şahid2la eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən inzibati qaydada tutma haqqında 13 fevral 2024-c il tarixli protokoldan görünür ki, Şəxs 13 fevral 2024-cü il tarixdə saat 12:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 verdiyi 13 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 heç bir növ pensiya, sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, şahid izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 13 fevral 2024-cü il tarixdə saat 11:50 radələrində Qazax şəhəri, Azadlıq küçəsində yerləşən Qazax Rayon İcra Hakimiyyəti qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran halar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 fevral 2024-cü il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Nemət Musayev Hakim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar