Məhkəmə qərarları › İş №3(023)-471/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-471/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-471/2023 28.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ X10 Akif oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax şəhəri Əhməd Seyidov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə azyaşlı oğlu ilə birlikdə kürəkəni Zərərçəkmiş şəxs yaşadıqları ünvanda saat 12:00 radələrində döymüşdür. Beləliklə də, Abbasov X1 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Abbasov X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun qızı Səbinənin həyat yoldaşıdır. Səbinə ilə Rizvanın münasibətləri əvvəllər normal olmuşdur.Lakin sonralar Rizvan qızı Səbinəyə xəyanət etdiyinə görə onların münasibətləri pisləşməyə başlamışdır.Təxminən 10 gün bundan əvvəl Səbinə ilə Rizvanın arasında münaqişələr baş verdiyinə görə qızı Səbinə Rizvanın evini tərk edərək onun yaşadığı evə gəlib. xx.xx.2023cü il tarixdə saat təxminən 16-17 radələrində o yaşadığı evdə olan zaman Rizvan Fikrət adlı şəxslə onun yaşadığı evə gəlib.Fikrət adlı şəxs onun yaşadığı evə daxil olaraq qızı Səbinəyə Rizvanın onun aparmağa gəldiyini bildirdi.Lakin, Səbinə buna razı olmadı. Fikrət adlı şəxs bir neçə dəfə Səbinənin Rizvanla getməsi üçün razı salmağa çalışsa da Səbinə buna razı olmadı.Buna görə də Fikrət onların yaşadığı evi tərk edib məhləyə çıxdı.O da, Fikrətin arxası ilə məhləyə çıxıb. O məhləyə çıxdıqda Rizvanın avtomobilin qarşısında olduğunu görüb.Rizvan həmin vaxt onun və ailəsinin ünvanına nəlayiq ifadələr işlədib.Buna görə də, onların arasında mübahisə baş verib.Onların mübahisə etdiyini görən Fikrət Rizvanı avtomobilə əyləşdirdi və onlar onun yaşadığı evin qarşısından uzaqlaşdılar. Bildirir ki, Rizvanla onun arasında söz mübahisəsi baş verən zaman o Rizvanı döyməmişdir. Odur ki, barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Fuad oğlu izahatında bildirdi ki,X4 onun həyat yoldaşı,Şəxs onun qaynatası və X6 onun qaynıdır. O, Səbinə ilə üç il bundan əvvəl ailə həyatı qurmuşdur. Onların bu nikahdan iki övladları dünyaya gəlmişdir.Onların ailə münasibətləri əvvəllər yaxşı olsada son zamanlar münasibətləri korlanmışdır.Onların münasibətlərinin korlanmasına səbəb Səbinənin valideynlərinin onların ailələrinə mütəmadi olaraq arışması olmuşdur. Bu səbəbdən 15 gündür ki, Səbinə yaşadığı evi tərk edərək atasıgilə getmişdir.xx.xx.2023-cü il tarixdə saat 17:00 tardələrində tanışı Fikrətlə birlikdə Səbinəni gətirmək üçün Qazax şəhəri Ə.Seyidov küçəsində yerləşən qaynatasıgilin yaşadığı ünvana gedib.Bu zaman Fikrət onlarla danışmaq üçün yaşadıqları evə daxil oldu.Lakin bir neçə dəqiqə sonra Fikrət onun yanına gələrək heç bir nəticə olmadığını dedi. O,da avtomobilə əyləşib getmək istəyən zaman qaynatası Şahismayıl və qaynı Yusif onu vurmağa başlamışlar. Bundan sonra o, mübahisənin daha da, böyüməməsi üçün oradan uzaqlaşaraq yaşadığı evə gəlib. Şəxs şikayətçi olduğundan barəsində qanuni tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 366 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər-Başın sol alın-gicgah nahiyyəsinin qançırı, küt əşyanın təsirindən törəmişdir.Törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığından X2 barələrində cinayət işinin başlanması rədd edilmiş, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi, olduğundan, onun barəsində inzibati tənbeh görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Qazax- X8 verdiyi 28 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X6 DSMF PHŞ 1 saylı X3 Qazax rayon qəbul şöbəsindən hər ay 3-cü qrup əlilliyə görə 150 manat pensiya alır. Beləliklə, məhkəmə hesab edir ki, X6 özünü təqsirli bilməsədə, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, X6 inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X6 İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X2 iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə X5 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar