Məhkəmə qərarları › İş №3(023)-474/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-474/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-474/2023 29.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Qazax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Prokurorluğundan daxil olmuş 29 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs 07 dekabr 2023-cü il tarixdə saat 06:44 radələrində Gürcüstan Respublikasından Azərbaycan Respublikasına Qazax rayonu İİ Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” gömrüksərhəd buraxılış məntəqəsindən idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 510 markalı yük avtomobili ilə daxil olan zaman həmin vaxt avtomobilin yük yerində olan az miqdar hesab edilən, ümumi dəyəri 33363 (otuz üç min üç yüz altmış üç) manat təşkil edən döyüş sursatı hesab edilməyən protexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələri və radioqəbuledici avadanlıqları bəyan etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qazax Rayon Prokurorluğu 29 dekabr 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək barəsində olan inzibati işə onun iştirakı olmadan baxılıb, malların müsadirə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon Prokurorunun müavini vəzifəsini icra edən İ dərəcəli hüquqşünas X1 çıxış edərək bildirmişdir ki, Şəxs 07 dekabr 2023-cü il tarixdə saat 06:44 radələrində Gürcüstan Respublikasından Azərbaycan Respublikasına Qazax rayonu İİ Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən idarə etdiyi **-GO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 510 markalı yük avtomobili ilə daxil olan zaman həmin vaxt avtomobilin yük yerində olan az miqdar hesab edilən, ümumi dəyəri 33363 (otuz üç min üç yüz altmış üç) manat təşkil edən döyüş sursatı hesab edilməyən protexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələri və radioqəbuledici avadanlıqları bəyan etməmişdir. Odur ki, Şəxs bəyan etmədiyi ümumi dəyəri 33363 (otuz üç min üç yüz altmış üç) manat təşkil edən döyüş sursatı hesab edilməyən protexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələri və radioqəbuledici avadanlıqların müsadirə olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2-2178;9/9753 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər səs effektlərinə malik olan və pirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrdir, petardarlar-fişənglərdir, döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş pirotexniki vasitələrin və malların orta bazar qiymətinə ümumi dəyəri təxminən 33363.0 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin cədvəl hissəsində göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 29 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayıt tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut hesab edilən pirotexniki vasitələr və radioqəbuledici avadanlıqlar saxlanılması üçün Qazax rayon prokurorluğunun saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Qazax Rayon Prokurorluğunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqınnda qərar, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli, 292 saylı fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı” haqqında qanuna əsasən partlayıcı maddələr və qurğular mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxildir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli, iş üzrə maddi sübutlar olan Qazax rayon prokurorluğunun saxlanc anbarına təhvil verilmiş ümumi dəyəri ümumi dəyəri 33363 (otuz üç min üç yüz altmış üç) manat təşkil edən döyüş sursatı hesab edilməyən protexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələr və radioqəbuledici avadanlıqlar dövlət nəfinə müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, Qazax rayon prokurorluğunun saxlanc anbarına təhvil verilmiş ümumi dəyəri 33363 (otuz üç min üç yüz altmış üç) manat təşkil edən döyüş sursatı hesab edilməyən protexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələr və radioqəbuledici avadanlıqlar dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar