Məhkəmə qərarları › İş №3(023)-487/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-487/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-487/2025 30.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Qazax rayonunda anadan olmuş, subay, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 30 may 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş 30 may 2025-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 may 2025-ci il tarixdə, saat 09:00 radələrində Qazax rayonu İkinci Şıxlı kəndində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs 30 may 2025-ci il tarixdə, saat 09:00 radələrində Qazax rayonu İkinci Şıxlı kəndində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 30 may 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra kəndin ərazisində yerləşən Qala adlı restoranın qarşısına getmişdir. O orada olan söhbət edən zaman yaxınlıqda olan polis əməkdaşları ona yaxınlaşaraq ictimai yerdə nalayiq ifadələr işlətməməsi barədə xəbərdarlıq etmişlər. O, isə spirtli içkinin təsiri altında polis əməkdaşlarına öz etirazını bildirərək və polis əməmkdaşları ilə mübahisə etmişdir. Daha sonra polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər o isə şöbədəyə getməyəcəyini bildirərək oradan uzaqlaşmağa çalışmış, bu zaman polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirmişlər.Sərxoş vəziyyətdə olduğu üçün nə etdiyini bilməmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, o, Qazax rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Digər polis əməkdaşları Şahid3 və Şahid1 ilə birlikdə Qazax rayon İkinci Şıxlı kəndi ərazisində xidmətdə olan zaman kəndin ərazisində Qala marketin qarşısında küçədə bir nəfər şəxsin ucadan ünvansız nəlayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşıb, özlərini təqdim etmişlər və nizam intizama dəvət etmişdirlər. Lakin həmin şəxs onların sözlərinə məhəl qoymaraq öz hərəkətlərini davam etdirmiş daha sonra onlar həmin şəxsin barəsində tədbir görülməsi üçün onu Qazax RPŞ-nə dəvət etsələrdə o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq getməkdən imtina etmiş həmin yerlən uzaqlaşmağa istəmişdir. Bu zaman həmin şəxsi məcburi qaydada polis şöbəsinə gətirərk növbətçi hissəyə təhvil vermişlər və orada onlara məlum olmuşdur ki həmin şəxs Qazax rayon İkinci Şıxlı kənd sakini Şəxsdur. Həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tuma haqqında protokoldan görünür ki, Şəxs 30 may 2025-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 56 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X2 verdiyi 02 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X7 DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Məhkəmə araşdırması zamanı Şəxs əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında zamanı verdiyi etirafedici izahatı, şahidlərin məhkəmə iclasında verdikləri izahatlar ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşıran haldır. Onun məsuliyyətini yüngülləşdirən hallar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 may 2025-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar