Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-5/2024 11.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından X7 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. X10 inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X10 şikayətini onunla əsaslandırmışdır ki, Qazax Rayon Mərkəzi Xəstəxanası X2 qoşulması ilə yenidən təşkil edilmişdir. İşçi X1 Mərkəzinin işçisi olmuşdur. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Onun son haqq hesabı ona tam olaraq ödənilmişdir. X19in yenidən təşkil olunması səbəbi ilə 300dən çox işçinin sənədlərinin yenidən rəsmiləşdirildiyi ərəfədə kütləvi şəkildə kadr sənədləri işlənilmişdir. Həmçinin, dövlət büdcəsindən maliyyələşən qurum olmaqla sifariş əsasında tibb müəssisəsinə aylıq ayırmalar ayrılır və bu hal qanununverciliklə tənzimlənir. Qazax RMX, dövlət adından yaradılan X16b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X19lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni işçilərə ödənilməli pul vəsaitinin büdcədən ayrılmalarda nəzərdə tutulması gərəkir. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pyl vəsaitinin ayrılması zamanı X19in dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bütün ödəmələr ilk öncə sifariş edildikdən sonra dövlət büdcəsindən ayrılır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X19lərə dövlət büdcəsi hesabına mqsədli vəsaitlərin ödənilməsi” qaydasına əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini-yanvarın 1-dən dekabr 31dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X19lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. X19lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Tibb müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən həyata keçirilməsi nəzərə alınmalıdır. İşçinin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam verilmişdir. Son-haqq hesabın və ödənişlərin ödənilməsi də qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmalara müvafiq ödənilmişdir. Qərar Tibb müəssisəsinin direktorun şəxsən özü barəsində qəbul edilmişdir. Halbuki, tibb müəssisəsində əmək haqqlarının və ona əlavələrin hesablanmasına görə bir başa məsul olan vəzifəli şəxslər mövcuddur. İdarə tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən isə həmin vəzifəli şəxslər nəzərə alınmadan, düzgün olmayan vəzifəli şəxs -direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Vahid X6 əsasən Baş Mühasibin əmək funksiyası: Müəssisədə uçotun formalaşdırılması, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analtik və sintetik uçotun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir. Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyaların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir. Xərclər smetasının hazırlanmasını təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqınının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlər büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayrılmaları həyata keçirir. Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir. Direktor X19in vəzifəli şəxsi olsa da, yeganə vəifəli şəxsi deyildir. İşçinin əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində bir başa məsul şəxs deyildir. Direktor olaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan, inzibati xəta haqqında qərardan razı deyil, formallığa söykənmiş qeyd edilən qərar qanunvericiliyin tələblərinə zidddir. Qərar qəbul edilərkən idarə tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Belə ki, qərarın işə baxılarkən müəyyən edilmiş hallar hissəsində konkret olaraq göstərilməli olan inzibati xxətanın mahiyyəti ümumi sözlərlə ifadə edilmiş, formal olaraq yazılmışdır. Odur ki, göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Tovuz regional Ərazi şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 14 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Ona görə də, məhkəmə işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, Sevda Məmmədova Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilmişdir. Odur ki, Sevda Məmmədovanın şikayəti əsassızdır. Ona görə də, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərardan X10 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən hazırki iş üzrə qərar qəbul edilən zaman tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsi iş üzrə şəthi araşdırma apararaq Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X9 vəzifəli şəxs kimi 1500 manat məbləğində cərimə etmişdir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar Tibb müəssisəsinin direktorun şəxsən özü barəsində qəbul edilmişdir. Halbuki, tibb müəssisəsində əmək haqqlarının və ona əlavələrin hesablanmasına görə bir başa məsul olan vəzifəli şəxslər mövcuddur. İdarə tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən isə həmin vəzifəli şəxslər nəzərə alınmadan, düzgün olmayan vəzifəli şəxs direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Vahid X6 əsasən Baş Mühasibin əmək funksiyası: Müəssisədə uçotun formalaşdırılması, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analtik və sintetik uçotun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir. Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyaların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir. Xərclər smetasının hazırlanmasını təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqınının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqqhesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlər büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayrılmaları həyata keçirir. Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir. Göründüyü kimi direktor X19in vəzifəli şəxsi olsa da, yeganə vəzifəli şəxsi deyildir. İşçinin əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində bir başa məsul şəxs deyildir. Lakin bu hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən hazırki iş üzrə səthi araşdırma aparılmış, sübutlar düzgün tədqiq edilməmiş, iş üzrə yekun qərar qəbul edilən zaman obyektivlik təmin edilməmişdir. Azərbaycan Respubliaksı İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd olunları əsas götürərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinə geri göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin Qazax Rayon Mərkəzi X14 Şəxsin direktoru X7 barəsində qəbul etdiyi 14 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinə geri göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-5/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-5/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver